kanal1

149 saylı məktəbdə pul yığımına start verildi- Rəhilə Baxşiyeva nə tapşırıq verib?

Tarix:Dünən, 16:45
Baxış Sayı:0



Hər il 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində orta məktəblərdə pul yığılması ilə bağlı müzakirələr başlayır.
Elm və Təhsil Nazirliyi məktəb direktorlarına, müəllimlər xəbərdarlıq ünvanlasa da, valideynlərə pul yığmamaları üçün çağırış etsə də kampaniyanın qarşısını tam şəkildə almaq mümkün olmur.
Belə hallar olması paytaxt məktəblərində sosial şəbəklərdə müzakirə olunur.
Vətəninfo.az-a daxil olan məlumat görə Xocalı şəhidi Elçin Şəmiyevin adı verilən Xəzər rayonu Binə qəsəbəsində 149 saylı orta məktəbdə pul yığımına start verilib.

Yuxarı sinif rus dilli sektorda təhsil alan şagirdlər 50 manat, Azərbaycan dili sektorunda təhsil alanlar üçün 30-40 manat, aşağı siniflər üçün isə 20-30 manat arası pul yığımı həyata keçirilir. Birinci siniflər üçün isə 30 manatdan pul yığılır.

Məlumatda qeyd olunur ki, hər sinifdən uşaq sayı hesabına görə məktəbin rəhbəri Rəhilə Baxşiyevaya 10 manatdan pul verilməlidir. Pul yığımına isə müəllimlər arasında cavabdehlik daşıyan müavinləri Vəfa Əlinağıyeva və Namiq Ələkbərov icra edildiyi bildirilir.

Qeyd edək ki, 149 saylı məktəbdə dörd min şagird təhsil alır və bu pul yığımında fantastik rəqəm alınır. Belə ki, yığımdan sonra direktor Rəhilə Baxşıyeva 40 minlik premium sinfinə aid avtomobil almaq iqtidarında olacaq.

149 saylı məktəblə əlaqə saxlamaq mümkün olmadı.

Elm və Təhsil Nazirliyinin qaynar xəttinə məlumat verilib.

Yazıda adları keçənlərində fikirlərini dərc etməyə hazırıq.

Yenixeber.org

“EGE” hospitalda əməliyyatdan sonra iflic oldu
“EGE” hospitalda əməliyyatdan sonra iflic oldu
"Laser Beauty Estetik" lisenziyası ləğv edilir -Rəsmi şəxslərə telefon çırpan Rəna Soltanova ilə bağlı Qərar
"Laser Beauty Estetik" lisenziyası ləğv edilir -Rəsmi şəxslərə telefon çırpan Rəna Soltanova ilə bağlı Qərar
149 saylı məktəbdə pul yığımına start verildi- Rəhilə Baxşiyeva nə tapşırıq verib?
149 saylı məktəbdə pul yığımına start verildi- Rəhilə Baxşiyeva nə tapşırıq verib?
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: Ənvərin lüks avtomobil kolleksiyası...
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: Ənvərin lüks avtomobil kolleksiyası...
HK sədri “Neftçi”nin matçındakı mübahisəli epizodu şərh etdi
HK sədri “Neftçi”nin matçındakı mübahisəli epizodu şərh etdi
Adil Əliyev Qarabağ qazisinə SAVAŞ AÇIB
Adil Əliyev Qarabağ qazisinə SAVAŞ AÇIB
Qoy böyüklük bizə qalsın, AZERCELL... - özünü "ən böyük" adlandıran şirkət...
Qoy böyüklük bizə qalsın, AZERCELL... - özünü "ən böyük" adlandıran şirkət...
Mətin Eynullayev sahibkarın BAŞINA OYUN AÇIR... - Prezidentə MÜRACİƏT OLUNDU
Mətin Eynullayev sahibkarın BAŞINA OYUN AÇIR... - Prezidentə MÜRACİƏT OLUNDU