kanal1

İŞLƏRİNİZ SU KİMİ PAK VƏ AXARLI OLSUN,ETİBAR MÜƏLLİM

Tarix:Bu gün, 12:30
Baxış Sayı:19


Ulularımız bir-birinə ən gözəl duyğularını ifadə etmək üçün alqışlardan istifadə ediblər: "Sucan ömrün olsun", Su kimi duru olasan", "Su kimi paka çıxasan", "Su qədər əziz olasan",və s.
Doğrudan da, bu xeyir-duanın hər zaman üstümüzdə olmasından bir yüngüllük duymuşuq.Elə hesab etmişik ki, məhz həmin xoşniyyətli arzular,alqışlar bizləri zaman-zaman qada-bəladan qoruyub, səfərə çıxanların, müəyyən bir iş dalınca yollananların uğur tapması üçün vəsilə olub. Hər halda, xalq inanclarının həyatımızdakı rolu əvəzsizdir və bu danılmaz həqiqəti hər birimiz təsdiqləyə bilərik.
Fəaliyyəti "Su qədər əziz olasan"-alqışına layiq olan mütəxəssislərdən biri də Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Etibar Nəbiyevdir.
Etibar Nəbiyev fəaliyyətində paklığa üstünlük verən rəhbər işçilərdəndir. Bunu Etibar müəllimin KİV-lə təmasa meylli olması, onlardan heç bir zaman qaçmaması da təsdiq edir. Onun haqqında yazılmış məqalələrin,qazet və jurnallara verdiyi müsahibələrin, özünün mətbuatda çıxışlarına diqqət yetirsək açıq aydın görərik ki, Etibar Nəbiyev təkcə öz sahəsində deyil, ölkənin ictimai-siyasi,sosial-iqtisadi həyatında baş verən bütün əhəmiyyətli hadisələrə münasibət bildirən fəal vətəndaşlıq mövqeyinə malik ziyalıdır.
O, Vətəninə, xalqına, torpağına bağlı bir insan, ürəyi insanların sevinci-kədəri ilə döyünən əsil azərbaycanlıdır. Hər zaman bir çox həmkarlarından sadəliyi, xeyirxahlığı ilə seçilən Etibar müəllimin sözünün əvvəli-axırı insandır, insanın sadəliyi,vətənpərvərliyidir. Bütün insanlar yaxşı əməl sahibi, xeyirxah olsaydı faciələr törənməz, qanlar axıdılmaz, ölkələr viran, uşaqlar yetim, ana-bacıların gözü yaşlı qalmazdı!-deyir Etibar müəllim. Yaxşı insan və xeyirxah əməl ölməzdir.
Etibar Nəbiyev nəinki bütün işçi kollektivinin, onu tanıyan,müraciət edən hər kəsin hər zaman sözünü səbrlə dinləyir, hər birinə əlindən gələn köməkliyi göstərir, hər zaman şəhid ailələrinə, qazilərə, veteranlara qayğı göstərir, heç kəsdən bacardığı köməkliyi əsirgəmir.
Bəli, şəhid ailələrinə, qazilərə, veteranlara doğma insanı kimi münasibət bəsləyən Etibar Nəbiyev onların hər birinə qayğı ilə yanaşır, səmimi rəftar edir.
Onun insanlarla səmimi münasibəti əsil ziyalılıqdan xəbər verir.
Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin bütün zəhmətsevər əməkdaşları Etibar Nəbiyevin rəhbərliyi altında fəaliyyətlərində əzmlə çalışırlar.
Biz də İctimailider.az olaraq başda Etibar Nəbiyev olmaqla idarənin bütün zəhmətkeş işçilərinin hər birini qarşıdan gələn Müqəddəs Ramazan ayı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinə ayrı-ayrılıqda sağlıqlı uzun ömür diləyir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyətlərində əzmkarlıqlarını daima qorumaqlarını arzu edirəm.
İşləriniz su kimi pak və axarlı olsun, Etibar müəllim.

Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
AK Partinin sözçüsü: İraq və Suriyadakı terror təşkilatları silahı yerə qoymalıdır
AK Partinin sözçüsü: İraq və Suriyadakı terror təşkilatları silahı yerə qoymalıdır
Ayxan Hacızadə: Fransa tərəfindən ölkəmizə qarşı əsassız yalan kampaniyasını dayandırmağı tələb edirik
Ayxan Hacızadə: Fransa tərəfindən ölkəmizə qarşı əsassız yalan kampaniyasını dayandırmağı tələb edirik
Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan - Xadimənin cəzası bəlli oldu
Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan - Xadimənin cəzası bəlli oldu
Sabiq deputat Emin Əmrullayevi “TOPA TUTDU: “Nazir problemlərə yumor kimi yanaşır”
Sabiq deputat Emin Əmrullayevi “TOPA TUTDU: “Nazir problemlərə yumor kimi yanaşır”
Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? - Qənirə Ataşova sensasion sənədlər yaydı
Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? - Qənirə Ataşova sensasion sənədlər yaydı
MƏRHƏMƏTİ VƏZİFƏSİNDƏN ÜSTÜN TUTAN RƏHBƏR
MƏRHƏMƏTİ VƏZİFƏSİNDƏN ÜSTÜN TUTAN RƏHBƏR
Göyçayda səhiyyə sistemi `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Göyçayda səhiyyə sistemi `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..