kanal1

Vidadi İsayevin "qoçusu" Bərdədə "qan uddurur" -VIDEO

Tarix:26-02-2025, 13:06
Baxış Sayı:1


Bərdə şəhər Mənzil Kommunal Təsərrüfatının, el arasında "JEK" kimi qəbul edilən idarənin rəis müavini İldırım Quliyev adına yaraşmayan hərəkətləri ilə ad çıxarıb. Anaxeber.info məlumat verir ki, rəis müavini İldırım Quliyev "ildırım" kimi çaxmağı əsasən qadınların üstünə bacarır. Necə deyərlər, sözün əsl mənasında gücünü arvadlara göstərir. "Axırıncı aşırım" filmində Qəmlo obrazını qismən xatırladan İldırım Quliyev işçiləri təhqir edir, nalayiq ifadələr işlədir, onlarla kobud danışır. Sanki Bərdədə odur, Bağdadda kor xəlifə...
Onun özünü necə aparmasını sübut edən görüntülərdən biri sosial şəbəkələrdə yayılıb. İldırım Quliyev söyüşlə, qışqıraraq danışır, özünü yekəxana aparır. Görən də deyər ki, Həsən ağanın qohumudur. Amma bu video bir nümunədir. Verilən məlumatlara görə, İldırım Quliyev "JEK" rəisinin müavini olaraq əksər işçilərə münasibətdə belə qaba, ağzı söyüşlüdür. Ona bu ixtiyarı Bərdə şəhər icra başçısı Vidadi İsayevin verdiyi iddia olunur. İcra başçısının "sağ əli" kimi tanınan İldırım Quliyev ona güvənərək hamıya rüzgar əsdirir, hamını aşağılayır, hədələyir. Sanki İldırım Quliyev böyük vəzifə sahibidir. Yaxşı ki, daha yüksək postda deyil. Hələ "JEK"də rəis müavinidir və belə göylə gedir, rayona rəhbərlik etsəydi, nə olardı?! Ona görə də artıq bu şəxsi durdurmaq üçün Bərdədən müraciətlər edilməkdədir. Ondan şikayətçi olan kollektiv və yerli camaat icra başçısının harınlamış adamının" qaz"ının alınmasını istəyirlər. Bu məqsədlə Prezident Administrasiyasının Bərdə üzrə kuratoruna, regionlarla iş üzrə şöbə müdirinə müraciət edilib. Bildirilir ki, bu şəxs barəsində ölçü götürülməli və İsayevin "sağ əli" kəsilməlidir...

Anaxeber.info

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir