kanal1

BELƏ SƏFƏRBƏR OLACAĞIQSA... - 10-cu dərəcə skarliozu əsgər göndəriblər...

Tarix:10-02-2025, 12:02
Baxış Sayı:1


Nəsirli Vahid Elşən oğlu bu ilin 24 yanvarında Dövlət Sərhəd xidmətində əsgərliyə başlayıb. Lakin ailəsi onun səhhətində olan problemlərlə bağlı dövlət qurumlarına müraciət edib. Elşən Nəsirli bildirir ki, oğlu Vahid 10-cu dərəcəli skaliozdur, ürək sıxılması var. Buna baxmayaraq, gənc çağırışçı hərbi xidmətə aparılıb. Anaxeber.info bildirir ki, ailənin müraciətində Vahid Nəsirlinin yenidən tibbi müayinədən keçirilməsi istənilir. Çünki sosial şəbəkələrdə müayinə görüntüləri yayılan gəncin zahiri cəhətdən sağlam olmadığını təxmin etmək mümkündür. Eyni zamanda, hərbi komissarlığın həkimləri onun skarlioz olduğunu müəyyən etməliydilər. Amma sual doğurur ki, komissarlığın həkimləri Vahidin xəstə olduğunu necə qeydə bilməyiblər?! Bu, qanun pozuntusudur. Kadrlardan da görünür ki, Vahid Nəsirli sağlam gənc deyil.

Bu faktın özü bir daha sübut edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) komissarlıqları xəstə, sağlam olmayan gəncləri əsgərliyə göndərir. Qurumun rəhbərliyində dəyişikliklərdən sonra gözləntilər varıydı ki, bu sahədə dərin islahatlar həyata keçiriləcək, şəffaflıq təmin olunacaq. Ancaq xidmət rəisi Mürsəl İbrahimovun rəhbərliyi altında hərbi komissarlıqlarda ciddi dəyişiklik müşahidə olunmur. Vahid Nəsirlinin nümunəsində görünür ki, 10-cu dərəcəli skarlioz olan gənci heç nəyə baxmadan əsgərliyə aparıblar. Buna görə məsuliyyət daşımalı olan hərbi komissarlıq isə reaksiya belə vermir. Eyni hal Suraxanı hərbi komissarlığına aiddir. Talıbov Turan Azər oğlunun "14 B" diaqnozu təsdiqlədiyi halda, komissarlıq təkrar müayinə tələb edir ki, əvvəlki əməkdaş rəhmətə gedib və onun dövründə verilən nəticə sayılmır. Bax, belə bir ədalətsizlik hökm sürür və sözügedən qurum şikayətlərə, müraciətlərə reaksiya vermir. Vahid Nəsirlini sərhəd xidmətinə göndərən bir hərbi komissarlığın hansı əsasla onun xəstəliyini görə bilməməsi də sual doğurur. Belə çıxır ki, ya xəstə uşaq əsgər getməlidir, ya da ailəsi məcbur qalıb pul verməlidir. Halbuki xəstəliyi faktdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni rəisi Mürsəl İbrahimovun qurumun fəaliyyətində şəffaflıq yaratması barədə aparılan təbliğat görüntü xarakteri daşıyır.

Anaxeber.info

Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Balababa Rzayevin İllərlə qazandığı hörmətə ləkə salmaq görəsən kimlərə xeyir gətirəcək?...
Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Balababa Rzayevin İllərlə qazandığı hörmətə ləkə salmaq görəsən kimlərə xeyir gətirəcək?...
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir