kanal1

Nazirin maaşlarla bağlı qərarı Naxçıvan səhiyyəsini QARIŞDIRIB... - Tibb işçiləri ETİRAZA QALXIR...

Tarix:29-01-2025, 15:27
Baxış Sayı:3


Naxçıvanda tibb işçilərinin maaşlarının yenidən azaldılacağı bildirilir. Buna səbəb olaraq maaşların "normadan artıq olması" göstərilir. Bu haqda "Gündəlik Naxçıvan"a bir qrup tibb işçisi məlumat verib. Onların sözlərinə görə, tibb bacılarının və xadimələrin maaşından 150 manat, həkimlərin maaşından isə 250 manat tutulacaq. Yerli Səhiyyə Nazirliyinin bununla bağlı bütün tibb müəssisələrinə xəbərdarlıq göndərdiyi iddia olunur.
Naxçıvan Mərkəzi Xəstəxanasında çalışan, adının çəkilməsini istəməyən bir tibb bacısı bu qərara etiraz olaraq kütləvi aksiyaya hazırlaşdıqlarını bildirir:
“Bizə deyirlər ki, maaşınız standartlardan üstün, normadan artıqdır, ona görə kəsilir. Bunlar hamısı bəhanədir. Biz standartlardan xeyli aşağı maaş alırıq. Bakıda çalışan tibb bacıları 700-800 manat maaş alır, bizim maaşımız isə 500-600 manatdır. Həkimlər və xadimlərin vəziyyəti də eynidir. Keçən dəfə dedilər ki, büdcə kəsiri var, bir az kəsdilər. Gördülər ki, səsimiz çıxmadı, indi yenə kəsirlər. Buna görə də bütün xəstəxanalarla razılaşmışıq, maaş verilən gün nazirliyin qarşısında kütləvi aksiya keçirəcəyik. Artıq bu qədər olmaz. İstər işdən çıxarsınlar, istər həbs etsinlər.”
Həmin xəstəxanada xadimə işləyən B.A. da etiraz aksiyasına qoşulacağını bildirir:
“Bizi ikiqat işlədirlər, vəzifəmizə aid olmayan işlər görməyə məcbur edirlər. Səsimizi çıxarmadıqca bizi daha da sıxışdırırlar. Biz nə maaş alırıq ki, ondan da 150 manat kəssinlər. Aksiya keçirəcəyik. Qoy tutsunlar, hətta öldürsünlər. Bu cür yaşamaqdansa ölmək daha yaxşıdır.”
Etiraz aksiyasına həkimlərin də qoşulacağı bildirilir.

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir