kanal1

Mürsəl İbrahimov yəqin ki bunları bilmir... - İLGİNC İDDİALAR

Tarix:Dünən, 10:50
Baxış Sayı:0



Keçən günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Suraxanı rayon idarəsindəki neqativ olaylarla bağlı "DİA-AZ" olaraq ittiham dolu məlumatı diqqətinizə təqdim etmişdik.

Bu dəfə də eyni dövlət qurumundan, amma fərqli idarədən anoloji gileylə tanış olacaqsınız.

"Dia.az"a göndərilən məqalədə iddia olunur ki, SHXÇDX-nin Abşeron rayon şöbəsində rüşvət at oynadır...

Yazının əvvəli BURADA: Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir...

" SHXÇDX-nin Abşeron şöbəsi ilə bağlı narahatlıq doğuran faktlardan biri də bəzi hallarda sağlamlığında ciddi pronlemlər olan şəxslərin də hərbi xidmətə göndərilməsidir ki, bu da həmin şəxslərin ailə üzvləri tərəfindən haqlı narazılıqla qarşılanır. Qeyd edək ki, cari ilin yanvar ayında da Xidmətin Abşeron təşkilatından sağlamlıq problemi olan bir neçə gənc həqiqi hərbi xidmətə göndərilib. Xəstə olduqları halda övladları xidmətə cəlb olunan valideynlər iddia edir ki, onların övladları kimlərinsə yerinə hərbi xidmətə göndərilir. Yəni, SHXÇDX Abşeron rayon şöbəsinin rəhbərliyi hansısa maraqlar konteksində müəyyən şəxsləri xidmətədn yayındıraraq onların yerini xəstə çağırışçılarla doldurur.

Maraqlı məqamlardan biri də odur ki, Xidmətin Abşeron rayon şöbəsinin rəisinin SHXÇDX-də yüksək vəzifə tutan keçmiş MTN-çi Tehran Babatovun himayəsində olduğu iddia olunur. Bildirilir ki, məhz bu səbəbdən şöbə rəisi özünü cəzasızlıq mühitində hiss edir və hər istəyini qorxusuz-hürküsüz reallaşdırır. O, açıq şəkildə bildirir ki, arxasında Tehran Babatov dayanır və buna görə də nədənsə çəkinmək üçün əsas görmür..."

Gələn dəfə Xidmətin Abşeron rayon şöbəsindən narazı olan bir neçə valideynin şikayətini diqqətinizə çatdıracağıq.

Bizi izləməyə davam edin...

Dia.az

Ermənilərin korrupsioner dayağının sonu – Menendezə verilən layiqli cəza - ŞƏRH
Ermənilərin korrupsioner dayağının sonu – Menendezə verilən layiqli cəza - ŞƏRH
Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ - "İnsafınız olsun..."
Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ - "İnsafınız olsun..."
İsmayıllı İcra hakimiyyətində VARİS PLANI... - İLGİNC...
İsmayıllı İcra hakimiyyətində VARİS PLANI... - İLGİNC...
BİZİM ƏHMƏD HƏKİM "INTERNATIONAL MEDICAL CENTRE" MMC
BİZİM ƏHMƏD HƏKİM "INTERNATIONAL MEDICAL CENTRE" MMC
Hacı Əliyevin planı baş tutdu-Nəvəsi Nurel Kərim Badamdar bələdiyyə sədri olur?
Hacı Əliyevin planı baş tutdu-Nəvəsi Nurel Kərim Badamdar bələdiyyə sədri olur?
“Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə işbirliyindən Adil Kərimlinin xəbəri varmı
“Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə işbirliyindən Adil Kərimlinin xəbəri varmı
Rəis oğlunu mühəndis, baldızı oğlunu müavini təyin etməsinə belə cavab verdi: "Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur?"
Rəis oğlunu mühəndis, baldızı oğlunu müavini təyin etməsinə belə cavab verdi: "Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur?"