kanal1

“Çaylar təmizlənmir, daşanda evlərimizi su basır” - GİLEY

Tarix:28-01-2025, 15:49
Baxış Sayı:0


“Qarşıdan yaz gəlir. Yaz yağışları başlayacaq. Yenə çay dolacaq, sular küçələrimizə, həyətlərimizdəki zidzəmilərimizə dolacaq. Yenə evdən çölə çıxa bilməyəcəyik. Bu şəraitdə yaşamaqdan bezmişik, aidiyyəti qurumlar isə tədbir görmür”.

Zaqatala rayonu, Muğanlı kəndinin Lökbatan küçəsinin yaxınlığındakı çay tez-tez daşır, nəticədə çayın suyu məhəllələrə, həyətlərə dolur.

Bununla bağlı həmin ərazilərdə yaşayan sakinlər şikayət ediblər.

“Hər il ev təmir etdirirəm”

Kənd sakini Adəm Babayev deyir ki, kəndin ərazisindən iki çay keçir. Ancaq uzun illərdir ki, çayların dibi təmizlənmir:

“Çayların dibi təmizlənmir, zibillə, qumla doludur. Ona görə də yağış yağanda su daşıb məhəllələrə axır. Ötən il evi su basdı, su quruyandan sonra divarlardan nəm çəkilmədi. Məcbur oldum ki, evi təmin etdirim. İndi yenə həmin vəziyyətdir. Məcburam ki, yenə evi təmir edim. Qonşularda da vəziyyət belədir. Qarşıdan yaz gəlir, bu isə o deməkdir ki, çaylar yenə su ilə dolub-daşacaq. Yenə küçələrimiz, həyətlərimiz su ilə dolacaq”.

Başqa kənd sakini Elsevər Məmmədov etdikləri müraciətlərin nəticəsiz qalmasından danışır:

“Fövqəladə Hallar Nazirliyinə məktub göndərmişdik. Cavab verdilər ki, bu qurum yalnız təbii fəlakətlər nəticəsində dəymiş ziyanı aradan qaldırır. Bizim başımıza gələnsə təbii fəlakət hesab olunmur. Kənd icra nümayəndəliyinə, kənd bələdiyyəsinə müraciət etmişik. Söz versələr də, heç bir köməklik etmirlər. Çayın zibillərini bələdiyyə təmizləməlidir, öz işini görsə, başımıza bu işlər də gəlməz”.

“Bu kənddəki hər ailədə xəstə var”

Sakinin dediyinə görə, küçələri su basanda evdən çıxa bilmirlər, böyüklər iş-gücdən, uşaqlar təhsildən kənarda qalır.

Bundan əlavə, kəndlilərin əkin işləri də əldən çıxır:

“7 ilə yaxındır ki, bu gündəyik. Çayın dibi zibillə, kol-kosla dolub, təmizləmirlər. Zirzəmilərimizi su basır, evlərimiz yararsız vəziyyətə düşür. Rütubət, xəstəlik baş qaldırır. Hər ailədə azı iki astma, ağciyər xəstəsi var. Bizə bir gün ağlasınlar. Körpələr xəstə, qocalar xəstə… Bostanla dolanırıq. Bostanlarımızı da su basır, əkin sahələrimiz məhv olur. Nə edəcəyimizi bilmirik”.

Dia.az

“MƏNƏ BORCLU OLDUĞU 58 MİN MANATI VERMİR” - “Uğur İnşaat”ın rəhbəri rektordan şikayətçidir
“MƏNƏ BORCLU OLDUĞU 58 MİN MANATI VERMİR” - “Uğur İnşaat”ın rəhbəri rektordan şikayətçidir
FTB təyyarə qəzasının terror aktı olmasını istisna edib
FTB təyyarə qəzasının terror aktı olmasını istisna edib
Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: "Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin" (VİDEO)
Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: "Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin" (VİDEO)
Nazirin maaşlarla bağlı qərarı Naxçıvan səhiyyəsini QARIŞDIRIB... - Tibb işçiləri ETİRAZA QALXIR...
Nazirin maaşlarla bağlı qərarı Naxçıvan səhiyyəsini QARIŞDIRIB... - Tibb işçiləri ETİRAZA QALXIR...
Şirvanda SEÇKİ-MEÇKİ YOXDUR: bələdiyyə sədri də bilinir... özü isə deyir ki... - AÇIQLAMA
Şirvanda SEÇKİ-MEÇKİ YOXDUR: bələdiyyə sədri də bilinir... özü isə deyir ki... - AÇIQLAMA
Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
“Azər-Türk Med”də nöqsanlar aşkarlandı,klinika bağlanır? Təbəssüm Qurbanova vəzifəsindən sui istifadə edib.....
“Azər-Türk Med”də nöqsanlar aşkarlandı,klinika bağlanır? Təbəssüm Qurbanova vəzifəsindən sui istifadə edib.....
Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR