kanal1

“SHAURMA №1”: Əqli mülkiyyət hüquqları ətrafında yeni qalmaqal!

Tarix:28-01-2025, 10:05
Baxış Sayı:0


Gündəmi qalmaqallı hadisələrlə zəbt edən “SHAURMA №1”restoranlar şəbəkəsinin ətrafında baş verənlər səngimək bilmir. Bildiyiniz kimi, “SHAURMA №1” restoranlar şəbəkəsinin əqli mülkiyyət hüququ ətrafında çəkişmələr davam etməkdədir. Bu çəkişmələrin fonunda uğursuzluğa düçar olan Natiq Sadıqov batamaqda olan gəmiyə daha çox kəslərin (sahibkarların) cəlb olunaraq işdə süni şəkildə maraqlı tərəflərin sayını artırmaq fikrinə düşüb.

Beləki, Natiq Sadıqov hələ 2016-cı ilədə öz şəriki Aqil Babayevdən xəbərsiz şəkildə qanunsuz yolla mənimsədiyi “SHAURMA №1” əmtəə nişanını, 2022ci ildə başqa bir formatda öz xalası oğlu Teymur İmaməliyevin adına rəsmiləşdirərək sənəd saxtakarlığının izini itirməyə cəhd edib. Aqil Babayevə qarşı böhtan xarakterli iddialar qaldıraraq,2021-ci ildə Babayevi həbs etdirdikdən sonra cürətlənən Natiq Sadıqov bu əməli həmin ərəfədə icra etməyi təsadüf deyil.

2023-cü ildən bəri Aqil Babayev və müdafiəçilərinin apardığı qətiyyətli mübarizə nəticəsində Sadıqovun planları alt üst olmağa başlayıb. Hər növ məkrli planlara və təzyiq kampaniyalarına əl atan Sadıqov heç bir nəticəni əldə edə bilmədiyindən bu dəfə daha radikal bir plana əl atmağı qərar verib. Xalası oğlu Teymur İmaməliyevin adına rəsmiləşdirdiyi, yeni formatda “SHAURMA №1” (ağ fonda)əmtəə nişanı hələ də kommersiya çəkişməsində olmağına baxmayaraq, Sadıqov bu əmtəə nişanını digər kəslərə (sahibkarlara) distribusiya etməyi qərar verib. Bununlada kommersiya çəkişməsinin nəticəsində uğur qazanacağı təqdirdə Aqil Babayevə qarşı şikayət edə biləcək süni “zərərçəkmişləri” toplamğa cəhd göstərir. Nəticədə, kommersiya çəkişməsinin yekununda qalib gələcək Aqil Babayevin əmtəə nişanının istifadəsinə qarşı qoyacağı qadağanın qarşısını süni şəkildə cəlb olunan “zərərçəkmişlərin” vasitəsi ilə almağa çalışır.

Babayevin müdafiəçiləri bütün sahibkar və restoran biznesi ilə məşğul olan kəslərə səslənərək, bu tipli fırıldaqlara uymamağı və ayıq-sayıq olmağı tövsiyyə edirlər. Beləki əmtəə nişanı ətrafında baş verən çəkişmələrdə uğursuzluqla üzləşən Natiq Sadıqov qeyri etik biznes sövdələşmələri vasitəsi ilə özünə süni şəkildə “tərəfdarlar” toplamaq istəyir.

Nəzərə alsaq ki Natiq Sadıqov öz şəriki Aqil Babayevə qarşı qeyri etik biznes əməli ilə artıq ifşa olub, onun bu əməli digər sahibkarlara qarşı törətməsi heçdə təccübli deyil.
/hurriyyet.az

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir