kanal1

Nazirliyin əməkdaşlarına telefon çırpan xanım həkimdən ŞOK şikayətlər və “yuxarılara çatan göstəriş” - FOTOFAKT

Tarix:28-01-2025, 09:11
Baxış Sayı:0


"Laser Beauty Estetik Klinikası” MMC-nin baş həkimi Rəna Soltanova haqda çoxsaylı şikayətlər var. Şikayətlər isə vaxtı ilə onun pasiyenti olmuş şəxslərdəndir.

Uzun müddət reklamlarla gündəmə gələn Rəna Soltanova klinikasının bağlanması ilə də qalmaqal yaratdı.

Belə ki, o və klinikanın rəhbəri Yeganə Cəfərova yoxlamaya gələn məmurları yuxarılara şikayət edəcəkləri ilə hədələyiblər. Həm də məmurlara telefon çırpıblar. Bu məlumat yanvarın 24-də verilən rəsmi açıqlamada yer alır.

Fotoda Rəna Soltanova

Adı çəkilən klinikada yoxlamanı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri həyata keçirib.

Yoxlama nəticəsində məlum olub ki, müəssisədə istifadə edilən tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya natamam təqdim edilib. Stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, "cərrahi-stomatoloji”, "rentgenoloji”, "diş texniki” işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib.

Həmçinin müəssisədə 30 nəfərdən çox sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb. Müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi də müəyyən olunub.

Bu qədər ciddi nöqsanlar aşkar edilsə də, maraqlıdır ki, klinika fəaliyyətini davam etdirir.

Klinikadan Musavat.com-a bildirilib ki, fəaliyyətlərinin davam etməsində heç bir problem yoxdur.

Həkim Rəna Soltanova da öz sosial şəbəkə hesablarında fəaliyyətini davam etdirdiyini nümayiş etdirib. O, pasiyentlərinə xidmət göstərməsini əks etdirən foto və videogörüntüləri paylaşıb. Rəna Soltanova onun barəsində yayılan məlumatlara da söz atıb.(Musavat.com)












Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir