kanal1

SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ

Tarix:27-01-2025, 09:58
Baxış Sayı:0


SOCAR saytımızın rəsmi sorğusuna niyə cavab vermir?

Bir neçə gün öncə 7NEWS.az saytında "SOCAR-ın audit rəisi bağ qonşusunu ölümcül döydü – TƏFƏRRÜAT” başlıqlı yazı dərc etmişdik. Yazıda qeyd edilirdi ki, SOCAR-ın Daxili Audit İdarəsinin rəisi Təhmas Rüstəmov Bilgəhdəki villasında olarkən maraqlı hadisə yaşanıb. Belə ki, Təhmas Rüstəmov tutarlı səbəb olmadan öz bağ qonşusu ilə mübahisə edib, ağır bədən cəsarətləri yetirib, ölümcül döyüb.

Məlumatda qeyd edilir ki, məsələyə Sabunçu rayon hüquq-mühavizə orqanları qarışıb. Təhmas Rüstəmov bütün gücünü ortaya qoyub hüquq-mühavizə orqanlarına təsir göstərmək istəsə də, şikayətçi sona qədər ədalətin bərpa olunması üçün mübarizə aparacağında israrlıdır. Məlumatda o da qeyd edilir ki, bu Təhmas Rüstəmovun ilk kriminal addımı deyil. Belə ki, o bütün bağ qonşularına qənim kəsildiyi, özünü Bilgəhin hamisi elan etdiyi deyilir. Məsələ ilə bağlı müvafiq qurumlara sorğu göndərəcəyik. Eyni zamanda, qeyd olunur ki, döyülən şəxs də ölkədə sayılıb-seçilən, hörmətli şəxslərdəndir.

Məsələ ilə bağlı AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİ nə deyir? Cinayət məcəlləsinin 126.1 , 126.2.2, 126.2.4 maddələrinə görə bu əməli törədən şəxs doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

"Media Haqqqında qanun"a müvafiq olaraq biz məsələ ilə bağlı SOCAR-a rəsmi sorğu da göndərmişik. Təəssüflər olsun ki, sorğuya rəsmi qurumdan heç bir cavab gəlməyib. Bu yanaşmanın bir çox səbəbləri ola bilər. Öncə qeyd edək ki, sorğudan yayınma səbəbi Təhmas Rüstəmovun əməlini ictimaiyyətdən gizlətmək niyyəti ola bilər. Başqa bir ehtimal odur ki, SOCAR hüquq-müvafizə orqanlarının yekun rəyini gözlədiyindən erkən açıqlamadan yayınır. Hər bir halda digər qurumlara göndərəcəyimiz sorğular bu dəhşətli əməlin ifşasını surətləndirəcək.

Mövzunu diqqətdə saxlayacağıq.

Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir