kanal1

Yeyinti Sənayesini bitirən Fuad Hacıyevin İdman Akademiyasında macəraları - Video

Tarix:23-01-2025, 12:46
Baxış Sayı:0


Fuad Hacıyevin milyonluq villası və avtomobili üzə çıxıb. Həmçinin rektorun Xətai rayonunda yaşadığı mülkün yaxınlığında daha bir villa alıb...

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsilin hansı səviyyədə olduğunu deməyə gərək yoxdur. Daha çox idmançı deyil, qoçu hazırlayan təhsil ocağı kimi ad çıxarmış Akademiyanın indiki rektoru - Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu bitirən Fuad Hacıyev bir müddət Gömrük Komitəsində çalışıb.

Bu barədə "Poliqon.info" saytında məlumat yayılıb.

Kanal qeyd edir ki, idmana heç bir dəxli olmayan şəxsin İdman Akademiyasına rəhbərlik etməsi əsl komediya mövzusudur. Amma cənab Hacıyev rektor kimi özünün diplomla təsdiq olunan ixtisasını, yəni yeyinti işini uğurla həyata keçirir. Məsələn, Akademiyadakı Heydər Əliyev muzeyinin fəaliyyətinə xitam verən bu adam yeməkxananın təmir edilməsi üçün 3 dəfə ard-arda pul ayrıb və balaca bir yeməkxananın təmiri üçün 340 min manat sərf edilib.

Digər müəmmalı məqam Akademiyada təhsil alan tələbələrin adına külli miqdarda vergi borcu gəlməsidir. Rektor gömrük komitəsindən dostluğu olan ATEF-in direktoru Talıb Əlixanbəyovla birgə qanunsuz mis alverinə qoşulub. Nəticədə akademiyanın 20-dən artıq tələbəsini saxta mis alverinə qoşublar və sonradan həmin tələbələrin adına külli miqdarda, 1 milyon 200 mindən artıq vergi borcu gəlib.

Bu arada rektor Fuad Hacıyevin milyonluq villası və avtomobili üzə çıxıb. Həmçinin Xətai rayonunda yaşadığı mülkün yaxınlığında daha bir villa alıb. Bu mülkün qiyməti 1 milyon manat dəyərindədir. Bununla yanaşı, F.Hacıyevin yarım milyona aldığı 10 CN 394 dövlət nömrə nişanlı son model “Renc Rover”i həyat yoldaşı İbrahimova Cəmilə Məmmədəli qızının adına rəsmiləşdirib.

Poliqon.info

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir