kanal1

AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO

Tarix:Dünən, 12:46
Baxış Sayı:0


Son bir il ərzində paytaxtın Xocalı prospektində hərəkətin təşkili ilə bağlı edilmiş yeniliklərdən sonra yaranmış problemlər bitmək bilmir.

Mövzu ilə bağlı dəfələrlə məlumatların yayılmasına baxmayaraq, prospekt boyu avtobus zolağının çəkilməsindən sonra parkinq ərazisindən çıxan bəzi minik avtomobillərinin cərimələnməsi davam edir. Bu da sürücülərin haqlı narazılığına səbəb olur.

Belə ki, sürücülər avtobus zolağının sağında yaradılmış parkinq ərazisindən çıxıb avtomobillə öz zolaqlarına doğru hərəkət edərkən qarşıda kəsilmiş xətlə nişanlanmış hissənin olmadığı üçün növbəti yol kəsişməsinədək avtobus zolağı ilə hərəkət etməyə məcbur olur. Bu da onların ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş yerdə hərəkət etməsi anlamına gəlir və DYP kameraları vasitəsilə 100 manat + 2 cərimə balı ilə cərimələnməsinə gətirib çıxarır.

Prospektdə hərəkətin təşkilinin təmin edilməsi layihəsini həyata keçirmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi daha əvvəl də burada problemin olmadığını açıqlasa da, sürücülər hələ də qeyd edilən məsələyə görə cərimələndiklərini bildirirlər.

Sözügedən yoldan daha bir sürücü video paylaşıb, haqsız yerə cərimələndiyini bildirib. Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirib ki, vətəndaşın sosial şəbəkə hesabından etdiyi son videomüraciətlə əlaqədar araşdırma aparılır: “Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək”.

VİDEO BURADA: Baxmaq üçün tıklayın...My Webpage

Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.az-a belə açıqlama verilib: “Xətai rayonunun Xocalı prospektində avtobus zolağı və parklanma məntəqələri yolun hərəkət hissəsinin sağında yanaşı yaradılıb. Parklanma yerinə daxil olmaq və oradan çıxmaq üçün xüsusi hərəkət zolağında qırıq xətlərlə giriş və çıxış təşkil edilib. Hərəkət iştirakçılarına yol cizgi xətlərinin tələblərinə riayət etmək tövsiyə olunur”.

Ümumilikdə isə ərazidən paylaşılan görüntü göstərir ki, burada parkinq ərazisinin seçimi və hərəkətin təşkilində müəyyən qüsurlar var. Çünki Xocalı prospektində yerləşən şadlıq evinin qarşısındakı mövcud cib tipli parkinq piyada səkisinin hesabına yaradılıb. Mütərəqqi şəhərsalma prinsiplərinə uyğun olmayan parkinqin yaradılması ilə ərazidə piyadalar üçün çox ensiz bir yer qalıb və onların hərəkəti xeyli çətinləşib. Bundan başqa avtobus zolağından sağda parkinqin yerləşməsi həm də ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkətinə də əlavə çətinliklər yaradır və qəza riskini artırır.

BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq
MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq
"Dövlət içində dövlət qurublar..." - GİLEY
"Dövlət içində dövlət qurublar..." - GİLEY
“Balakhani Operating Company LTD”-dən narazılıq var
“Balakhani Operating Company LTD”-dən narazılıq var
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Azərbaycan Prezidenti Donald Trampı təbrik edib
Azərbaycan Prezidenti Donald Trampı təbrik edib