kanal1

Tender kralı Hacı Ramazana 32 milyonluq tender verildi

Tarix:20-01-2025, 11:34
Baxış Sayı:0


“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti sifarişçi olduğu 32 milyon manatlıq tenderə yekun vurub.

“Bakı şəhəri, Yasamal rayonu, Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırma işlərinin satın alınması” lotu üzrə keçirilən tenderdə “Vest LTD” Qapalı Səhmdar Cəmiyyəti qalib elan edilib.

Qeyd edək ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir. “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 2019-cu ilin fevral ayında təsis edilib. Şirkətin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi Əliyev Abit Sadıq oğludur.

Abit Əliyev Eldar Əzizovun ən yaxın kadrlarındandır. Belə ki, Eldar Əzizov 2003 – cü ildə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra Samux rayonunda Qaz İstismar İdarəsinin müdiri işləyən Abit Əliyevi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinə müdir təyin etmişdir. Sonradan Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə gələn E.Əzizov Abit Əliyevi də özü ilə Sumqayıta gətirmişdir.

Eldar Əzizov Bakı şəhər İcra hakimiyyətinin tabeliyində 2019-cu ildə yaradılan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-yə rəhbər təyin edib.

Tenderdə qalib elan edilən “Vest LTD” QSC-nin mediada “tender kralı” kimi tanınan Ramazan Mirzəyevə məxsus olduğu deyilir.

Yerli mətbuatda daha çox “hacı” kimi məşhurlaşan Ramazan Mirzəyevin çoxsaylı şirkətlərinin dövlət satınalmalarında, əsasən də Bakı şəhər İcra hakimiyyətinin, Elm və Təhsil, Səhiyyə, Mədəniyyət nazirliklərinin tenderlərində qalib edildiyi bildirilir. \\Qlobal.az

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir