kanal1

Naxçıvanda sahibkarlara dövlət adından VERGİ TƏLƏSİ... - NARAZILIQ VAR...

Tarix:15-01-2025, 11:24
Baxış Sayı:1



Naxçıvanda 50-yə yaxın sahibkar böyük fırıldaqçılıqla qarşılaşıb. Onların adına milyonlarla manatlıq saxta əməliyyatlar aparılıb və nəticədə hər birinə külli miqdarda vergi borcu yazılıb. Bu haqda “Gündəlik Naxçıvan”a fırıldaqçılıqla üzləşən bir qrup sahibkar məlumat verib.
Həmin sahibkarlardan R.Qurbanov deyir ki, onun adına 15 min manat vergi borcu yazılıb, halbuki özünün bu barədə heç bir məlumatı olmayıb:
“Vergi orqanından zəng edib dedilər ki, 15 min manat borcum var. Şoka düşdüm. Sadələşdirilmiş vergi ödəyicisiyəm, illik dövriyyəm heç 30 min manatı keçmir. Dedilər ki, bu iş prokurorluqdadır. “Güvən MMC” adlı bir şirkət mənim adımdan qaimə-faktura tərtib edib, mal vurub, hesabdan-hesaba pul köçürüb. Heç birinə mənim icazəm olmayıb. Asan imzam yanımda olsa da, bu əməliyyatları necə ediblər, bilmirəm. 50-yə yaxın sahibkar eyni vəziyyətdədir. Bu qədər fırıldağı kimlərsə ört-basdır edir. Vergi orqanı təsəlli verir, amma narahatıq. Bizə elə gəlir ki, bu işdə vergi orqanlarının da əli var.”
Başqa bir sahibkar, V.Cavadov da oxşar vəziyyətdən şikayətçidir:
“Adıma 10 min manat vergi borcu yazılıb. Heç bir xəbərim olmadan adımdan müqavilələr bağlanıb, güya böyük işlər görmüşəm. İndi də deyirlər, narahat olma, araşdırırıq. Amma bu işin arxasında kimlərin olduğunu açıqlamırlar. Bu qədər böyük əməliyyatı adi insanlar edə bilməz. Yəqin ki, yuxarıdakıların dəstəyi ilə olub. Yalnız onu bilirik ki, bu işin mərkəzində “Güvən MMC” var. Lakin, onlara qarşı nə cinayət işi açılıb, nə də araşdırmaya başlayıblar. Bu da bizim şübhələrimizi artırır.”
Sahibkarlar qeyd edir ki, vəziyyətin belə davam etməsi onların müflis olmasına səbəb olacaq...

İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib
İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib
Etikadan məhrum olunan müəllimənin sosial mediada şantaj ssenarisi
Etikadan məhrum olunan müəllimənin sosial mediada şantaj ssenarisi