kanal1

ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...

Tarix:15-01-2025, 10:19
Baxış Sayı:0


"Azərbaycan Dövlət Aqrar Universitetində Zəfər Qurbanovun rektor təyin olunmasından sonra universitet özünün ən çətin dövrünü yaşayır. Təhsil müəssisəsində özbaşınalıq geniş vüsət almaqdadır. Bu vəziyyətin ən bariz nümunəsi Baytarlıq Təbabəti fakültəsinə qanunsuz təyin edilmiş dekan Şəlalə Zeynalovanın fəaliyyəti ilə bağlıdır". "Dia.az" xəbər verir ki, bu ifadələr sözügedən ali təhsil ocağının tələbələri adından edilən müraciətdə yer alıb.

Müraciətdə daha sonra bildirilir: "Bildirmək istəyirik ki, Baytarlıq Təbabəti fakültəsində çoxlu sayda tələbələr ikinci təhsil alırlar .Həmin tələbələrin əksəriyyəti dərsə gəlmədikləri halda Şəlalə Zeynalova onların imtahan sessiyalarında iştirakına şərait yaradıb. Məsələn:
• Baytarlıq təbabəti Əczaçılıq ixtisası üzrə ikinci kurs tələbəsi Mehman dərsə gəlmədiyi halda imtahanlara buraxılmışdır.Belə tələbələri saymaqla bitirmək olmur.
• Magistratura pilləsində təhsil alan tələbələrdən, Şəlalə Zeynalovanın işlədiyi Hacıqabul və Şəmkir quşçuluq fabrikində çalışan şəxslər, dərsə gəlmədikləri halda imtahanlara buraxılmış və yüksək qiymətləndirilmələrində ona havadarlıq edilmişdir.
• İkinci kurs baytarlıq ixtisası üzrə tələbə Adışirin, bütün fənlərdən davamiyyət limiti ni aşdığı halda, imtahanlara buraxılmış və qiymətləri Şəlalə Zeynalova tərəfindən yazılmışdır.
• Əczaçılıq ixtisasında oxuyan türk tələbə Mehmet Şeyhanlı dərslərdə bir gün də iştirak etmədiyi halda, yaxın rəfiqəsi tyutor Xatirəyə tapşıraraq imtahanlara buraxdırmışdır.
• 5-ci kurs tələbəsi Ramil Şərifov Bakıda yaşadığı üçün dərsə qatılmamış, uzun müddətli saxta xəstəlik arayışı təqdim etmiş və bu arayış Şəlalə Zeynalova tərəfindən qəbul edilmişdir. Söz yox ki nəyinsə müqabilində edilmişdir.

Hörmətli cənablar, fakültədə tələbələr arasında ciddi ayrı-seçkilik mövcuddur. Əksər tələbələr yalnız bir neçə günlük dərsə gəlməməyə görə belə ciddi cəzalandırıldığı halda, Dekana yaxın olan tələbələrin uzun müddət dərsə gəlməməsi göz ardı edilir,çünki onlardan pul alır..."(Dia.az)

DAVAMI VAR...

Bizi izləməyə davam edin...

Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq
MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq
"Dövlət içində dövlət qurublar..." - GİLEY
"Dövlət içində dövlət qurublar..." - GİLEY