kanal1

Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? -şöbə müdirləri vasitəsi ilə

Tarix:14-01-2025, 15:22
Baxış Sayı:2


Bu gün paytaxtda, həmçinin regionlarda fəaliyyət göstərən elə təhsil müəssisələri var ki, onlar müasir standartlara cavab verəməməklə yanaşı, bir sıra qanunsuzluqlara, özbaşınalıq və neqativ hallara yol verirlər.

Bölgələrdə yerləşən orta ixtisas təhsili müəssisələrinin bir çoxunda müxtəlif səpkili problemlər nəzərə çarpmaqdadır. Belə təhsil müəssəsindən biri də regionda fəaliyyət gösdərən Quba Dövlət Sosial-İqtisad Kollecidir.Bu barədə redaksiyamıza daxil olmuş məlumatda deyilir. Daxil olmuş məlumatda vurğulanır: Tədrisin təşkilində, tələbələrin biliklərinin qiymətləndirilməsində ciddi nöqsanlara yol verilir. Kollecimizdə qış semestr imtahanları başladığından rüşvət yığımına start verilib.

Kollec rəhərliyi tələbələrdən imtahanlar üçün rüşvət yığmağı şöbə müdirləri vasitəsi ilə həyata keçirir. Tələbələrə paylanılan imtahan blanklarına isə şöbə müdirləri birbaşa nəzarət edirlər və hər hansı bir məsələdə yanlışlığın olmamasına çalışırlar. Rüşvət verən tələbənin imtahan blankı müəllimin iştiraki ilə cavablandırılır və şöbə müdirinə geri qaytarılır. Kollecin direktoru Xanım Bayramovanın əmri ilə “imtahan qərargahı” fəaliyyət göstərir. Yaradılan “imtahan qərargahı” formal xarakter daşıyır,o yalnız sənədləşmə üçündür.İmtahan qərargahının harda yerləşməsi və kimin rəhbərlik etməsi haqda heç bir tələbədə məlumat yoxdur.

Bundan əlavə daxil olmuş məlumatda vurğulanır ki, ötən 2024-ci ildə Kollec tərəfindən keçirilmiş satınalma prosedurlarında ciddi qanun pozuntularına yol verilmişdir. Kollecə guya avadanlıqlar alınması və təmir işləri ilə bağlı müxtəlif tender müsabiqəsi (Kotirovka sorğusu) keçirərək külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinə səbəb olub. Əslindər alınan avadanlıq (əgər alınıbsa) və təmir işlərinin görülməsi üçün dəyərindən qat-qat yüksək qiymət göstərilərək dövlət vəsaiti mənimsənilib.

Daxil olmuş informasiyalarla bağlı kollec rəsmlərinə sual ünvanlasaq,deyilənlərin şər-böhtan olduğunu və kolecin ideal vəziyyətdə fəaliyyət gösdətrdiyini bildirirlər.Biz kimin döğru,kiminin yalan olduğunu deyə bilmərik.Bütün bu informasiyalarla bağlı təhsil nazirliyinin baş bilənləri və aidiyyatı qurumlarla aydınlıq gətirməyə çalışacağıq.(xalq.az)
Bütün bunlara baxmayaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib
İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib
Etikadan məhrum olunan müəllimənin sosial mediada şantaj ssenarisi
Etikadan məhrum olunan müəllimənin sosial mediada şantaj ssenarisi