kanal1

“Eurohome”də qara mühasibatlıq: vergidən yayınaraq büdcədən pul oğurlanır –VİDEO

Tarix:14-01-2025, 13:08
Baxış Sayı:0


Bakıda Binəqədi rayonu ərazisində yerləşən “Eurohome” tikinti materialları satış ticarət mərkəzində qanunsuz fəaliyyət mövcuddur.
Belə ki, dəfələrlə vergilər nazirliyinə, Fövqəladə hallar nazirliyi və sair dövlət qurumlarına müraciət olunsa da yekunda həmin dövlət qurumları adıçəkilən ticarət mərkəzinin mövqeyini müdafiə etmişlər. Bununla bağlı redaksiyamıza daxil olan məlumata görə, həm vergilər nazirliyi, həm də fövqəladə hallar nazirliyi həmin ticarət mərkəzini müəyyən məbləğdə cəriməlyib, ancaq heç bir nəticəsi olmayıb və bu gün də həmin qanunsuzluqlar daha qabarıq şəkildə davam edir .Ticarət mərkəzində fəaliyyət göstərən mağazalarda kassa aparatları yoxdur,satılan mallar kassaya vurulmur,alıcılara hər-hansı qəbz verilmir. Alıcılara verilən fakturalar saxtadır və heç bir dövlət qurumları ilə uyğunluq təşkil etmir. Mağazalarda işləyən işçilərin əmək müqaviləsi yoxdur və bu da vergidən yayınma hallarının baş verməsinə səbəb olur. Eyni zamanda tacirlər arasında alqı-satqı zamanı pulun ödənilməsi kartdan -karta ödənilməklə həyata keçirilir ki, bu da qanunla qadağandır.
Ümumiyyətlə,”Eurohome” girişdən çıxışadək qanunsuz işlərlə məşğuldur və burada qara mühasibatlıq yolu ilə hər gün dövlətin milyonlarla maliyyə vəsaitləri ogurlanır, dövlət büdcəsindən yayındırılır.Bu ticarət mərkəzi Azərbaycan dövlətinin maliyyə sisteminə qarşı fəaliyyət göstərir.
“Eurohome” Dərnəgül filialındada eyni qanunsuz əməlləri həyata keçirir. “Eurohome” ticarət mərkəzi “AF HOLDİNQƏ” daxildir. Holdinqin rəhbəri Azay Möhnətovdur.
Redaksiyadan: Adıçəkilən ticarət mərkəzində baş verən digər qanunsuz işlərlə bağlı araşdırmalarımız davam edir və yaxın günlərdə həmin faktları yenidən izləyicilərimizə təqdim edəcəyik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mövzunu davam etdirəcəyik…
(cumhuriyyet.az)

Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq
MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq
"Dövlət içində dövlət qurublar..." - GİLEY
"Dövlət içində dövlət qurublar..." - GİLEY