kanal1

“Azərsun Holdinq”lə şəhid ailəsinin torpağın zəbt edib?-Video

Tarix:11-01-2025, 14:29
Baxış Sayı:1


Azərbaycanın qida sektorunda aparıcı şirkətlərdən olan "Azərsun Holdinq" məhkəməyə verilib.
32Gun.az xəbər verir ki, iddiaçı Hüseynov Ramil Əli oğludur. Onun iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Fevralın 1-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib.İclas hakim Kənan Hüseynovun sədrliyi ilə keçiriləcək.
32Gun.az məhkəmə çəkişməsinin təfərrüatlarını öyrənmək üçün Ramil Hüseynovla əlaqə saxlayıb.
Ramil Hüseynov bildirib ki, məhkəmə çəkişməsi "Azərsun Holdinq"un onun icarəsində olan torpaq sahəsini ələ keçirməsi ilə bağlıdır.
"Biləsuvarda fermer təsərrüfatım var idi. "Azərsun Holdinq" təsərrüfatın yerləşidiyi torpaq sahəsini ələ keçirib. Bu 2019-cu ildə baş verib. Torpaq sahəsi mənim icarəmdə idi. Həmin ildən şirkətlə məhkəmə çəkişməsindəyik. Əvvəl maddi ziyanın ödənmilməsi ilə bağlı tələb qoymuşdum. Amma indi iddia tələbini dəyişdirmişəm. İddiamda qeyd etmişəm ki, "Azərsun Holdinq" mənim hesabıma varlanır. Bu baxımdan, şirkətdən təzminat tələb edirəm. Ya torpaq sahəsini geri verməlidir, ya da 140 min manat təzminat ödəməlidir", - deyə Ramil Hüseynov bildirib.
O, əlavə edib ki, qardaşı Birinci Qarabağ savaşında şəhid olub."Əslində həmin təsərrüfat atama, yəni şəhid atasına aid idi. Təsəvvür edin ki, bu məhkəmə çəkişməsi atamın ömrünü aldı. O, dünyasını dəyişdi. Bu baxımdan, məsələ mənim üçün prisipial əhəmiyyət daşıyır və mən qanunun verdiyi bütün imkanlardan yararlanaraq haqqımı, daha doğrusu şəhid ailəsinin haqqını müdafiə edəcəm", - Ramil Hüseynov vurğulayıb. (32Gun.az)
Məsələ ilə bağlı "Azərsun Holdinq"in mövqeyini öyrənmək mümkün olmayıb.

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir