kanal1

Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir –İDDİA/VİDEO

Tarix:10-01-2025, 13:02
Baxış Sayı:0


“Torpaq kralı” Mübariz Vəliyev başçı da ola bilər, məhbus da...

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bələdiyyə seçkilərindən sonra tutduğu postu tərk edəcək. Buna səbəb icra başçısının uzun müddətdir ki, ciddi sağlamlıq problemi yaşamasıdır.

Zakir Fərəcovun gedişi icra hakimiyyəti daxilində başçı postuna iddialı olan namizədlərin aktivləşməsinə səbəb olub. Bunlardan biri də “torpaq kralı” Mübariz Vəliyevdir. Mübarizə Vəliyev uzun müddət Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu vəzifədən istifadə edərək yüz hektarlarla torpaq sahəsi, milyonlarla manat məbləğində pul qazanıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin müdiri vəzifəsində çalışarkən onun barəsində üç dəfə həbs qətimkan tədbiri seçilsə də, son anda həbsdən xilas ola bilib.

Bu gün Sumqayıt Şəhər İcra hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışan Mübariz Vəliyev, Zakir Fərəcova yaxın şəxslərdən hesab olunur. O, icra başçısının yer aldığı rəsmi səfərlərin çoxunda iştirak edir. Mübarizə Vəliyev 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi olarkən də ciddi qanun pozuntularına yol verib, ekologiyaya divan tutub.

Mübariz Vəliyevin qanunsuz əməlləri haqqında məlumatlı olan bəzi şəxslər hsab edir ki, Zakir Fərəcovun gedişi Mübariz Vəliyevin yüksəlişi yox, sonu ola bilər. Zakir Fərəcovun gedişindən sonra Mübariz Vəliyevlə bağlı bütün faktların rəqibləri tərəfindən əlaqədar qurumlara təqdim edilməsi ehtimalı böyükdür. Bu isə Mübariz Vəliyev üçün sadəcə vəzifə iddiasının deyil, həm də azadlığın sonu ola bilər.(Yenixeber.org)
Məqalədə qaldırırlan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!

“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
500 milyardlıq yeni layihəni elan etdi
500 milyardlıq yeni layihəni elan etdi
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR