kanal1

SOCAR İnsan Resursları Portalında NONSENS!!! -"Bu nə absurd bir vakansiya tərtibatıdır?"

Tarix:8-01-2025, 14:54
Baxış Sayı:3


"Azneft" İstehsalat Birliyi Neft Daşları NQÇİ-nin işçisi Rac Kərimov olduqca maraqlı bir məqama toxunub.
Yenixeber.org: Bu açıqlama ilə çıxış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvarı Qəhrəmanlı R.Kərimovun qeydlərini paylaşıb. Açıqlamada deyilir:
"İstəyirəm bəzi anormallıqlara aydınlıq gətirilsin... SOCAR İnsan Resursları Portalında hal-hazırda Neft Daşları 2 saylı NQÇS-nə 4-cü dərəcəli operator vakansiyası ilə bağlı elan yerləşdirilib. Vakansiyada qeyd olunur ki, işçi işə gəlib-getməsi üçün nəqliyyatla təmin olunur, amma yataqxana ilə təmin olunmur. Bax bu nə dəməkdir? Dəniz platformalarında yataqxananın və ya yatacaq yerin (budka) olmamasını kim və necə təsəvvür edə bilər? Belə çixir ki, işçi quyuların yanında meydançada döşək atıb açıq havada yatmalıdır, yoxsa necə?
Bu nə absurd bir vakansiya tərtibatıdır?
Ondan əlavə mən hələ də "SİMA" qeydiyyatından keçib əmək muqaviləmin elektron formasını təsdiq edə bilməmişəm, səbəb də ki, əmək muqaviləsinin qeyri-müəyyən formada tərtıbatı və bu yataqxana bəndinin ora əlavə edilməməsidir. Bunu bütün dünya bilir ki, Neft Daşları dənizin ortasında salınmış möcüzəvi bir şəhərdir. Yataqxanaları var. Sual olunur, yataqxananın qeyd olunmamasi hansı şübhəli məqsədlər daşıyır? "Yataqxana" yazmırsansa, "yatacaq yeri" yaz, "palatka" yaz, "naves" yaz, "anbar" yaz... axırı nə yazirsan, yaz... amma yaz!
Sonda da fürsətdən istifadə edib mənim müraciətlərimdən qəzəblənə biləcək hüquqi şəxslərin nəzərinə çatdırmaq istəyirəm ki, mənə əsəbiləşmək lazım deyil, mən istismar məsələlərinə qarışmıram, texnologiyaya uyğun oldu-olmadı, nə iş tapşırırlar onu icra edirəm. Mənim davam sosial, əmək haqqının qiymətləndirilməsi, gediş-gəlişdə yaranan problemlərdir. İşçi olaraq normal iş şəraitində işləmək istəyirəm. Və işçi kimi bütün tələblərim Azərbaycan Respublikasının Konstitutsiyasına və Əmək Məcəlləsinə uyğundur.
Heç kimin şəxsi plantasiyasında işləmirəm. Problemlər olacaq - muraciətlər etmişəm, edəcəyəm də. Camaatı da müxtəlif variantlarla mənim üstümə qaldırmaq lazım deyil..."
Xatırladaq ki, keçən günlərdə də R.Kərimovun başqa bir problemlə bağlı rəylərini təqdim etmişdik.
Onu da əlavə edək ki, NHMT sədri Mirvari Qəhrəmanlı "Azneft" çalışanının toxunduğu məqamla bağlı SOCAR İnsan Resursları Departamenti rəhbərliyinə aşağıdakı xatırlatmanı da vurğulayıb:
"ARƏM 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır
Sual: elan etdiyiniz operator yeri müvəqqətidir ki? İşçini müsabiqədə qalib olmadan, işə qəbul etmədən, Məcəllənin 47-ci maddəsinin f bəndini elana yerləşdirmək ?(Dia.az)

İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib
İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib
Etikadan məhrum olunan müəllimənin sosial mediada şantaj ssenarisi
Etikadan məhrum olunan müəllimənin sosial mediada şantaj ssenarisi