kanal1

Naxçıvan sakinləri keyfiyyətsiz çörək almağa məcbur olduqlarını bildirirlər

Tarix:8-01-2025, 09:22
Baxış Sayı:0


Bunun səbəbinin son zamanların əsas çörək istehsalçısına çevrilmiş APF Qrup MMC-nin aşağı növ undan istifadəsi göstərilir. Bu keyfiyyətsiz un Bakıdan gətirilir və Naxçıvandakı yüksək vəzifəli şəxslərin monopoliyasında olduğu iddia edilir. Monopoliya yalnız çörəyin keyfiyyətinə deyil, yerli un istehsalçılarına və dolanışığını taxılçılıqdan çıxaran fermerlərə də mənfi təsir göstərir. Fermerlər bildirirlər ki, dəyirmanlar istehsal etdikləri unu sata bilmədikləri üçün onların taxılını ala bilmirlər.
Naxçıvan şəhərindəki çörək dükanlarından birinin sahibi B.C. “Gündəlik Naxçıvan”a deyir ki, alıcılar keyfiyyətsiz çörəyə görə onları qınayırlar:
“Əksər dükanlar kimi bizə də çörəyi APF Qrup MMC gətirir. Onlar əvvəl unu yerli istehsalçı olan Naxçıvan Taxıl Məhsulları MMC-dən alırdılar, deyə çörək çox keyfiyyətli çıxırdı. Hazırda isə, yuxarıda oturan monopolistlərlə əlbir olub çörək üçün unu Bakıdan gətirirlər. Bu unlar aşağı növ olduğundan, çörəklər də çox keyfiyyətsiz çıxır. Çörək istehsal edən kiçik sexlər var ki, onlar hələ də yerli un alıb istifadə edirlər, deyə çörəkləri keyfiyyətlidir. Onların istehsalı çox az olduğundan tələbatı ödəmir və camaat da məcbur qalıb keyfiyyətsiz çörək alır. Sonra da günahı bizdə görürlər.”
Yerli fermerlərdən S.Bayramov isə bildirir ki, taxılı əlində qaldığı üçün xeyli borca düşdüyünü bildirir:
“Yerli dəyirmanlar, un istehsalçıları məhsullarını sata bilmədikləri üçün anbarları doludur. Bu səbəbdən, taxıl almaqdan imtina edirlər. Gedirik, deyirlər ki, qoy unumuzu sataq, sonra gətirərsiniz. Biz isə gözləyə bilmirik, taxılı sata bilməsək, ac qalacağıq. Ailəmizi bununla dolandırırıq. Dəyirmanlar deyir ki, Naxçıvana un artıq Bakıdan gətirilir, belə getsə, işimizi dayandıracağıq. Biz də məcburuq taxılçılığın kitabını bağlayaq. Məhsulumu sata bilmədiyim üçün ilboyu yığılıb qalan borclarımı ödəyə bilmirəm. Tək mən deyiləm, taxıl əkənlərin əksəriyyəti bu gündədir. Onsuz da torpaq vergilərini qaldırıb qazancımızı əlimizdən alırdılar. İndi də acgöz məmurların un monopoliyası tamam belimizi qırdı. Taxılçılıq əhəmiyyətini itirsə, minlərlə ailə işsiz, çörəksiz qalacaq.”
Sakinlər və fermerlər aidiyyəti qurumlardan vəziyyətə müdaxilə etməyi və monopoliyanın qarşısını almağı tələb edirlər.
TEREF

İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib
İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib
Etikadan məhrum olunan müəllimənin sosial mediada şantaj ssenarisi
Etikadan məhrum olunan müəllimənin sosial mediada şantaj ssenarisi