kanal1

"Azərbaycan Dəmir Yolları"nın departament rəhbəri məhkəməyə verildi -Müqaviləsiz işçi çalışdırıb?

Tarix:7-01-2025, 10:41
Baxış Sayı:3


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) insan resursları departamentinin rəhbəri Ceyhun Nağıyev inzibati məsuliyyətə cəlb edilib.

Əldə etdiyimiz məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi onu İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə cərimələyib.

Bu maddəyə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Ceyhun Nağıyevə konkret olaraq hansı məbləğdə cərimə yazıldığı bəlli deyil. Bəlli olan odur ki, departament rəhbəri dövlət qurumunun qərarında məhkəməyə şikayət verib.

Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Elməddin Hüseyn iş üzrə hakim təyin edilib.(32gün.az)

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir