kanal1

Məktəbli qıza zorakılıq edən vəzifəli şəxs bələdiyyə seçkilərində namizəd oldu

Tarix:6-01-2025, 17:43
Baxış Sayı:0



İcra başçısının məktəbliyə zorakılıq edən sabiq müavini bələdiyyə seçkilərində namizədliyini irəli sürüb.

Xalq.az-ın məlumatına görə, 2023-cü ildə Lənkəran şəhər icra başçısının müavini vəzifəsindən azad edilən Rasilə Əliyeva Arif qızı Lənkəran rayonu üzrə yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində YAP tərəfindən namizədliyini irəli sürülüb.

Xatırladaq ki, Rasilə Əliyeva şəhər 4 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq edilməsi ilə bağlı cinayət işi açılmışdı. İttihama görə, o, 2022-ci il iyulun 14-də attestat verilməsini bəhanə edərək xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirmişdi. Yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərmiş, həmçinin bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdi.

Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilmişdi.

Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Rasilə Arifqızı 4 min manat cərimə olunmuşdu.

XALQ.AZ

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir