kanal1

TAİS İKF" MMC-nin "Bakı Metropoliteni” QSC-də gördüyü milyonluq işlər araşdırılır? - VİDEO

Tarix:6-01-2025, 10:49
Baxış Sayı:0


"Bakı Metropoliteni” QSC-də ciddi yoxlamalar aparılır.

Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə aparılan yoxlamalar əsasən son 3-4 ildə "Bakı Metropoliteni”nin stansiyalarında görülən təmizlik işlərinə və infrastruktur obyektlərində yerləşən bina, qurğu və avadanlıqlarının təmizlənməsinə ayrılan vəsaitləri əhatə edir.

Dövlət büdcəsindən bu sahələrdə görülən işlərə milyonlarla vəsait ayrılmağına baxmayaraq, pulların düzgün xərclənmədiyi, külli miqdarda mənimsəmələrin olduğu iddia edilir.

Qeyd edək ki, "Bakı Metropoliteni” QSC-nin sözügedən işlərini son bir neçə ildə "TAİS İKF" Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirib.

Bu məqsədlə Metropoliten ilə "TAİS İKF" MMC arasında 2019-cu ilin noyabr ayında "Bakı Metropoliteni QSC-nin stansiyalarında təmizlik işləri" lotu üzrə 1.999.994 manatlıq, 2020-ci ilin yanvar ayında ""Bakı Metropoliteni” QSC-nin stansiyalarında təmizlik işləri xidmətinin satın alınması" lotu üzrə 1.999.994 manatlıq, 2020-ci ilin may ayında ""Bakı Metropoliteni” QSC-nin infrastruktur obyektlərində yerləşən bina, qurğu və avadanlıqlarının təmizlənməsi işlərinin satın alınması" lotu üzrə 1.001.445 manatlıq müqavilə imzlaanıb.

QSC ilə MMC arasında təmizlik işlərinə görə bağlanan müqavilələrin ümumi dəyəri 5.001.433 manat təşkil edib.

Lakin dövlət satınalmalarında göstərilən bu rəqəmin dəfələrlə şişirdildiyi vurğulanır.

Qeyd edək ki, "Tais İKF" MMC 1994-cü ildə təsis edilib. MMC-nin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur.

Xatırladaq ki, hələ bir neçə il öncə Sevil Xanbabayeva adlı qadın sosial şəbəkələrdə Bakı metropoliteniylə bağlı videomüraciət yayaraq bir sıra ittihamlar səsləndirmişdi. O metropolitendə təmizlik sahəsində çalışan işçilərin Rafail adlı şirkət rəhbərinin bağında işlədiyini bildirirdi.

Qeyd edək ki, ötən ay Prezident İlham Əliyevin sərəncamı ilə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Zaur Hüseynov vəzifəsindən azad edildi.

Qlobal.az məsələ ilə bağlı nə "Bakı Metropoliteni” QSC-dən nə də "Tais İKF" MMC-dən mövqe öyrənə bilməyib.

Qarşı tərəf mövqe sərgiləyə bilər.

Qlobal.az

ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
500 milyardlıq yeni layihəni elan etdi
500 milyardlıq yeni layihəni elan etdi
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...