kanal1

Beynəlxalq təşkilat nazir müavini haqda şok ittihamlar yaydı: 8 illik qadağa, döymə, pul mükafatlarını “qapazlamaq” və…

Tarix:4-01-2025, 11:09
Baxış Sayı:0


Gimnastika Etikası Fondunun (GEF) İntizam Komissiyası Azərbaycan Gimnastika Federasiyasının və bir neçə məşqçinin milli komandanın idmançılarına qarşı zorakılığa görə cəzalandırılması barədə qərar qəbul edib.

ictimailider.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə GEF-in mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, milli komandanın keçmiş baş məşqçisi Mariana Vasilyevanın Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsi altında hər hansı fəaliyyətlə məşğul olması 8 il müddətinə qadağan olunub. Bundan əlavə, ona ömürlük hər hansı federasiyada baş məşqçi vəzifəsi tutmaq da qadağan edilib.

İstintaq zamanı məlum olub ki, Vasilyeva idmançılara qarşı fiziki və psixoloji zorakılıq tətbiq edib, həmçinin onların pul mükafatlarını da əlindən alıb.

Məşqçilər Siyana Vasilyeva və Yevgeniya Vəliyevaya da intizam tənbehi verilib. Azərbaycan Gimnastika Federasiyası altı ay müddətinə FIG tədbirlərində iştirakdan kənarlaşdırılıb və 50 min İsveçrə frankı məbləğində cərimə edilib.

Qeyd edək ki, Mariana Vasilyeva hazırda Azərbaycan Gənclər və İdman nazirinin müavinidir.

Mia.az onu da yada salır ki, xanm nazir müavini 2018-ci ildə idarə etdiyi “Audi-Q3”lə “Koroğlu” metorus yaxınlığında yerləşən “Bravo” hipermarketinə girərək qəza törədib.

O, həmin vaxti bədii gimnastika yığmasının baş məşqçisi olub.




Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir