kanal1

Zaqatalanın Mazıx kəndini"zibil poliqonuna"çevirənlər kimlərdir?..-Şikayət

Tarix:27-12-2024, 12:24
Baxış Sayı:25


Regionlarda vətəndaşların şikayətlərini dinləməyən,onların haqlı şikayətlərini 'qulaqardına"vuran yerli məmurların yarıtmaz fəaliyyəti ciddi etirazlara səbəb olur.

Zaqatalanın Mazıx kəndinin sakinlərinin də məmur sarıdan bəxtləri gətirməyib.Redaksiyamıza müraciət edən sakinlər təmsil olunduqları regionda problemlərini həll edəcək dövlət qurumu,onları dinləyəcək məmur tapa bilmirlər.Kənd sakinləri bildirirlər ki,onlara məxsus əkin sahələrinin ətrafı"zibil poliqonuna"çevrilib.Ümumşəhər zibilxanası sakinləri sözün həqiqi mənasında"zibilə"salıb.Kimyəvi tullantılar,mənşəyi bəlli olmayan zəhərli maddələr gündəlik olaraq bu zibilxanaya daşınır və açıq havada saxlanılır.Üfunət iyi pəncərələrimizdən evimizə daxil olur.Bu azmış kimi,zibilliklər genişləndikcə onları yandırmaq məcburiyyətində qalırlar.Əsl dəhşət bu zaman yaşanır.Ətrafdakı əkin sahələrimiz və kəndin yaşayış sahələri yanğından sonra əmələ gələn naməlum qara təbəqə ilə örtülür.COP29 kimi beynəlxalq ekoloji tədbirə ev sahibliyi edən ölkəmizdə belə halların baş verməsi heç də ürəkaçan hal deyil.Rayon rəhbərliyi və aidiyyatı qurumlar baş verənləri seyr etməklə işlərini bitmiş hesab edirlər.Acınacaqlı vəziyyət sakinlərin haqlı narazılığına səbəb olur.
Məlumat üçün bildirək ki,rayon rəhbərliyinin problemə etinasız yanaşması vətəndaşları dövlət başçısına müraciət etməyə vadar edib.Ümid edirik ki,bundan sonra kənd sakinlərinin problemi həll olunacaq.(Stimulxeber.az)

Qarşı tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.



Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir