kanal1

Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? - AKTUAL

Tarix:26-12-2024, 16:44
Baxış Sayı:0


“Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin Aktauda qəzaya uğramasının səbəbləri geniş müzakirə olunur. Müxtəlif versiyalar arasında texniki nasazlıq, həmçinin bu markadan olan təyyarələrin keyfiyyəti də müzakirə mövzusudur. Bəs, mütəxəssislər bu barədə nə düşünür? Əgər qəza texniki nasazlıq səbəbindən baş veribsə, buna görə istehsalçı şirkət məsuliyyət daşıyırmı? Bu versiya təsdiqlənərsə, Braziliya şirkəti Azərbaycana kompensasiya ödəyəcəkmi?
Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən pilot Bayram Muxtarov bildirib ki, qəzaya uğrayan “Embraer 190” təyyarəsinin göstəriciləri müasir standartlara uyğundur:
"“Embraer 190”lar 5-ci nəsil təyyarələrdir. Bu təyyarə, demək olar ki, ən müasir sistemlər və avadanlıqlarla təchiz olunub. Kosmosa uçan raketlərdə belə son məqamlarda problemlər baş verə bilər. Ancaq mənim bildiyim qədər bu, çox müasir təyyarədir. Hazırda istehsalçılar da araşdırma prosesində iştirak edirlər. Səbəb hər şey ola bilər, metalların xəlitəsindən tutmuş digər məsələlərə qədər bir çox amillər qəzaya səbəb ola bilər. Mənim bildiyim və gördüyüm qədərilə, bu qəzada insan faktoru mövcud deyil. Bizim pilotlar böyük qəhrəmanlıq göstəriblər. Bütün dünya bunu yazacaq və təqdir edəcək.
Təyyarədə problem varsa, əlbəttə, istehsalçı şirkət kompensasiya ödəməlidir. Çünki söhbət milyonlarla manat qiyməti olan təyyarədən gedir. Müqavilələrdə də bununla bağlı maddə olur”.
Hüquqşünas Qaya Əliyev də mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında bildirib ki, istənilən mülki və maddi məsuliyyət təqsirlə əlaqədardır:
Bakupost.az
“Təbii ki, aviasiyada daşıma şirkətlərinin belə qəzalarla bağlı maddi məsuliyyəti mövcuddur. Lakin təqsir başlıca şərtdir. Burada hadisənin bütün detalları araşdırılmalıdır. Rəsmi mənbələrə istinad edilməlidir. Rəsmi araşdırmalardan sonra müəyyən olunmalıdır ki, bu qəza obyektiv hallar , yoxsa aviasiya şirkətinin hansısa ehtiyatsızlığı və ya texniki nasazlığı nəzərə almaması nəticəsində baş verib".
Q.Əliyevin sözlərinə görə, istehsalçı şirkətin məsuliyyəti yalnız təyyarənin zavod qüsuru nəticəsində qəza baş verdikdə gündəmə gəlir:
“Yəni istehsal zamanı yaranmış və nəzərə alınmamış hər hansı təhlükəsizlik boşluğundan baş verən qəzalarda məsuliyyət istehsalçı şirkətə aid edilə bilər.
Amma əgər təyyarənin istehsalı zamanı hər hansı qüsur, texniki çatışmazlıq və ya təhlükəsizlik boşluğu olmayıbsa, lakin sonradan təyyarəyə düzgün texniki qulluq göstərməyibsə, burada təyyarəni istehsal edən zavodun nöqsanlarından danışmaq mümkün deyil".

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir