kanal1

Sənan Əsədzadə maşın almaq istəyən vətəndaşın 27 min manatını qaytarmır -Nə maşından xəbər var, nə də puldan!

Tarix:26-12-2024, 14:40
Baxış Sayı:0


Bakı şəhəri, Nərimanov rayonu, Ələşrəf Əlizadə küçəsi, ev 59, mənzil 75-də qeydiyyatda olan Novruz İbrahim oğlu Səfərov redaksiyamıza şikayət məktubu göndərib.

Müharibə və daxili işlər orqanlarının veteranı olan şikayətçi dələduzluqla üzləşib. O, artıq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Əbülfət Rzayevə də müraciət edb. Həmin müraciəti olduğu kimi təqdim edirik:

“Cənab Əbülfət Razayev!

Məlumat üçün bildirirəm ki, özüm müharibə iştirakçısıyam, daxili işlər orqanlarının veteranıyam.

Səhhətimlə əlaqədar olaraq, avtomobil almaq üçün qızım – Səfərli Kəmalə 31 avqust 2024-cü il tarixində öncədən "RE-CHARGE", hazırda isə "ASADZADE SANAN" adlanan şirkətlə müqavilə bağlayıb. Müqaviləyə sözügedən MMC-nin səlahiyyətli nümayəndəsi Əsədzadə Sənan Yavər oğlu və qızım tərəfindən imza atılıb. Müqavilədə xaricdən sifariş olunan avtomobilin dəyəri 15750 ABŞ dolları (təxminən 26 775 AZN) göstərilib və həmin vəsait 03.09.2024-cü il tarixində bank vasitəsi ilə tam şəkildə qarşı tərəfə ödənilib.

Qeyd edim ki, müqaviləyə əsasən, xidmətlərin göstərilməsi 60 təqvim günü müddətində həyata keçirilir, əgər avtomobilin təhvil verilməsi qeyd olunan tarixi keçərsə, ödənilən məbləğ geri qaytarılır.

Lakin Sizə ünvanladığımız müraciətin yazıldığı günə - 25.12.2024-cü il tarixə qədər, yəni 3 aydan çox vaxt keçməsinə baxmayaraq, sifariş olunan avtomobil bizə təhvil verilməyib. Üstəlik, şirkətin əməkdaşları avtomobilin təhvil verilməməsinə dair ziddiyyətli və əsassız məlumatlar təqdim edir, müxtəlif “səbəblərə” istinad edirlər:

- avtomobilin guya yolda olduğu bildirilir;

- sərhəddə problemlər olduğu deyilir;

- texniki nasazlıqlara görə avtomobilin zavoda qaytarıldığı iddia edilir;

- iddia olunur k, sifariş edilən avtomobil satışda mövcud deyil, bu səbəbdən başqa avtomobil sifariş edə bilərik və s.

Təbii ki, bu şirkət öhdəliklərini yerinə yetirmədiyinə görə biz, sifarişçi tərəf olaraq, ödədiyimiz məbləğin geri qaytarılmasını tələb etdik. Nəticədə, 16 noyabr 2024-cü il tarixində şirkətlə aramızda razılıq əldə olundu ki, ödədiyimiz məbləğ - 15750 ABŞ dolları (təxminən 26 775 AZN) 14 gün ərzində geri qaytarılacaq.

Buna baxmayaraq, şirkət hələ də ödədiyimiz vəsaiti geri qaytarmağı rədd edir. Əksinə, avtomibilin guya yolda olduğunu və gözləməli olduğumuzu bildirirlər. Lakin bununla bağlı heç bir sübut təqdim etmirlər ki, biz onların saözlərinə inanaraq, bir müddət də gözləyək.

Bundan əlavə, digər müştərilərin də bu şirkətlə bağlı eyni problemlərlə üzləşdiyi və ödənilən pulların geri qaytarılmadığı barədə məlumatlar mövcuddur. Bu da bizdə şübhələr doğurur. Belə ki, sözügedən şirkətin dələduzluqla məşğul olduğu haqda qənaət formalaşdırır. Hansı ki, şirkətin bu cür fəaliyyəti istehlakçıların hüquqlarını kobud şəkildə pozur, onları aldadır və həm maddi, həm də mənəvi zərərə səbəb olur.

Bundan başqa, onu da qeyd etmək istərdim ki, Əsədzadə Sənan Yavər oğlu şəxsində təmsil olunan, öncədən "RE-CHARGE", hazırda "ASADZADE SANAN" adını daşıyan bu şirkət bir neçə şəxsə eyni bəhanələrlə külli miqdarda ziyan vuraraq, dələduzluq edibr.

Cənab Əbülfət Razayev!

Sizdən xahiş edirəm ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, öncədən "RE-CHARGE", hazırda “ASADZADE SANAN” adını daşıyan şirkətin rəhbəri Əsadzadə Sənan Yavər oğlu barəsində qanuna müvafiq tədbirlər görülməsi barədə tapşırıq verəsiniz.

Onu da qeyd edim ki, hazırda mənimlə eyni vəziyyətdə başqa iki nəfər də var”.

Jalə FAMİLQIZI

Redaksiyadan: yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
500 milyardlıq yeni layihəni elan etdi
500 milyardlıq yeni layihəni elan etdi