Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev!
Sizi 24 dekabr ad gününüz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, işlərinizdə daha da böyük uğurlar, naliyyətlər arzulayıram.
Vətən müharibəsindən sonra Azərbaycanın Qarabağ bölgəsində Sizin rəhbərliyiniz altında böyük bərpa-quruculuq işləri həyata keçirilir. Qısa zamanda yolların inşası başa çatıb. Digər tərəfdən, bölgəyə Böyük Qayıdış təmin edilir.
Siz, Azərbaycanın yeni tarixini yazdınız. Sizin rəhbərliyinizlə bu gün doğma Azərbaycanımız beynəlxalq aləmdə sabit, öz üzərinə düşən öhdəliklərini vaxtında yerinə yetirən ölkə kimi qəbul olunur.
Sizin bütün sahələrdə həyata keçirdiyiniz siyasət ölkəmizin inkişafına və insanların rifahına öz töhfələrini verməkdədir.
Möhtərəm cənab Prezident.
Əminəm ki, həyata keçirdiyiniz siyasət ölkəmizə daha böyük uğurlar və qələbələr gətirəcəkdir.
Sizi doğum gününüz, şərəfli ömrünüzün 63-cü ili, eyni zamanda qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik günü və yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti və ölkəmizi daha yüksək zirvələrə aparan yolda böyük uğurlar, qələbələr arzulayıram.
Ümid Əsgərov
Yasamal Rayon İcra Hakimiyyəti Təsərrüfat və Tikinti Şöbəsinin baş məsləhətçisi