kanal1

Gəncə Dövlət Peşə Təhsil Mərkəzində yoxlama - Yeyintilər üzə çıxıb...

Tarix:14-12-2024, 16:48
Baxış Sayı:0


Sosial şəbəkədə yayılan kadrlarda Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri dərs vaxtı domino oyanırlar...

Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində aparılan maliyyə yoxlamasında 150 min manatdan çox vəsaitin təyinatı üzrə xərclənməməsi aşkar olunub.

AzFakt.com-un əldə etdiyi məlumata görə aparılan yoxlamada adı məktəbdə gedən, özü isə xaricdə olan müəllim və şagirdlər üzə çıxarılıb. Həmçinin məktədə dərslər üçün istifadə olunan notubok komputerlərindən 9-u və invertarda olan bir çox avadanlıqların çatışmamazlığı aşkar edilib.

Bundan başqa maliyyə yoxlaması nəticəsində Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində çoxsaylı nöqsanlar üzə çıxarılıb. Məlumata görə maliyyə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi və digər nöqsanların üzə çıxmasından sonra direktor Azər Rüstəmov məsələləri "ört basdır" etməyə çalışır.

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzin direktoru Azər Rüstəmovun Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmova yaxın kadrlardan olduğu iddia edilir.

Bildirək ki, sosial şəbəkədə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələrin dərs saatında domino oynamlarını əks etdirən kadrlar yayılıb.(AzFakt.com)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

“Azərbaycan təhsili çıxılmaz bir labirintə salınıb” – Gimnaziyalara qəbulla bağlı qərar NİYƏ DƏYİŞDİRİLDİ?
“Azərbaycan təhsili çıxılmaz bir labirintə salınıb” – Gimnaziyalara qəbulla bağlı qərar NİYƏ DƏYİŞDİRİLDİ?
İsrail Qəzzada atəşkəslə bağlı ABŞ-dən təklif alıb - KİV
İsrail Qəzzada atəşkəslə bağlı ABŞ-dən təklif alıb - KİV
"Dəfələrlə Ağdaş Rayon Təhsil İdarəsinə müraciət etmişəm, AMMA..." - GİLEY
"Dəfələrlə Ağdaş Rayon Təhsil İdarəsinə müraciət etmişəm, AMMA..." - GİLEY
“Zeytun Pharma” firması və apteklər şəbəkəsi belə cəzalandırıldı
“Zeytun Pharma” firması və apteklər şəbəkəsi belə cəzalandırıldı
Bu xərclər qismən geri ödəniləcək - Sərəncam
Bu xərclər qismən geri ödəniləcək - Sərəncam
“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var
“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var
"Məlhəm" klinikasında kişi həkim səhlənkarlığından ölüb? -AÇIQLAMA
"Məlhəm" klinikasında kişi həkim səhlənkarlığından ölüb? -AÇIQLAMA
Arzu Teymurov qərarı müzakirə olunur- Goranboy xəstəxanasında ilginc olay…..
Arzu Teymurov qərarı müzakirə olunur- Goranboy xəstəxanasında ilginc olay…..