kanal1

"Məlhəm" klinikasında kişi həkim səhlənkarlığından ölüb? -AÇIQLAMA

Tarix:29-05-2025, 16:23
Baxış Sayı:0



Sosial şəbəkədə Bakıda "Məlhəm" klinikasında həkim səhlənkarlığı nəticəsində pasiyentin vəfat etməsi ilə bağlı iddialar yayılıb.

Məsələ ilə bağlı "Məlhəm" Beynəlxalq Hospitaldan Oxu.az-a verilən açıqlamada bu gün səhər saatlarında 59 yaşlı kişi pasiyentin xəstəxanada vəfat etdiyi bildirilib.

"Xəstə ağır vəziyyətdə idi və uzun müddət idi ki, klinikamızda müalicə alırdı. Tibb bacısı xəstənin yatağını dəyişmək istəyib. Bu zaman xəstənin həyat yoldaşı da otaqda olub. Xəstə qəfil ölüm keçirib. Həkimlərin müdaxiləsi ilə qısa müddətə həyati funksiyaları bərpa edilib və o, reanimasiya şöbəsinə yerləşdirilib. Lakin daha sonra orada vəfat edib".

Klinikadan bildirilib ki, məsələ ilə bağlı ekspertiza aparılacaq:

"Son qərarı müvafiq ekspertiza verəcək. Lakin bir daha vurğulamaq istərdik ki, burada həkim səhlənkarlığından söhbət gedə bilməz. Hadisə ilə bağlı mərhumun yaxınları hüquq-mühafizə orqanlarına müraciət ediblər. Araşdırmalar davam edir".

Oxu.az

“AzToyuq” MMC-də pozuntular aşkarlandı
“AzToyuq” MMC-də pozuntular aşkarlandı
“Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır
“Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır
Sadiq Əliyev 133 min manatlıq müsabiqədə bu xanımı qalıb etdi -Görün kimdir
Sadiq Əliyev 133 min manatlıq müsabiqədə bu xanımı qalıb etdi -Görün kimdir
Qax Rayon İcra Hakimiyyətinin tenderlərinin “qənimi”: “Cahandar-H”
Qax Rayon İcra Hakimiyyətinin tenderlərinin “qənimi”: “Cahandar-H”
“Bravo marketdə” müştəriləri belə aldadırlar -FOTOFAKT
“Bravo marketdə” müştəriləri belə aldadırlar -FOTOFAKT
Biləsuvarda yol qəzasında yaralananların son durumu açıqlanıb - YENİLƏNİB
Biləsuvarda yol qəzasında yaralananların son durumu açıqlanıb - YENİLƏNİB
Əməliyyat etdiyi Səbirəni maşında bu vəziyyətdə aparıb – ŞOK FAKTLAR
Əməliyyat etdiyi Səbirəni maşında bu vəziyyətdə aparıb – ŞOK FAKTLAR
Şəhidin bacısı vəfat etdi
Şəhidin bacısı vəfat etdi