“Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur”
[
Rəcəb Tayyib Ərdoğan,
Türkiyə Respublikasının PrezidentiAzərbaycan ilə Türkiyənin qan qardaşlığının əsası hamıya dəfələrlə sübut edilmişdir. XX əsrin əvvəllərində Azərbaycan ilk dəfə müstəqillik qazananda da onu dəstəkləyən Türkiyə olmuşdu. Çar Rusiyası 1917-ci ildə bolşevik inqilabı nəticəsində süqut edəndən sonra 15 noyabr 1917-ci ildə yaranmış Qafqaz Konfederasiyası tərkibindəkihər üç xalq, yəni,azərbaycanlılar, gürcülər və ermənilər öz işlərində tamamilə müstəqil idilər.Hər biri öz milli təşkilatlarını qurmuş və milli mənfəətlərini fikirləşirdi.Hər üç xalq da onu dəstəkləyəcək dövlət axtarırdı. Azərbaycanlılar da qanı bir, canı bir qardaşları olan türklərə arxalanırdı. Qafqaz cəbhəsində dağılan rus ordusunun mirasına, silah-sürsata yiyələnən ermənilərin Azərbaycanda törətdikləri zülm və qırğınlar dözülməz şəkil almışdı.Rusların köməyilə 18 mart 1918-ci ildə Bakıda hakimiyyətə gələn S.Şaumyan azərbaycanlılara qarşı soyqırım törətdi. Qafqaz konfederasiyasının dağılmasından sonra 28 may 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Demokratik Cümhuriyyəti Şaumyanın qruplaşmalarının Qərbdən Şərqə doğru irəliləməsinin qarşısını almaq üçün 4iyun 1918-ci ildə Osmanlı dövləti ilə mqavilə bağladı. Bu müqavilədən sonra Ənvər Paşa qardaşı Nuru Paşanı bir zabit heyəti ilə birgə yerli əhalidən qüvvələr təşkil edərək Azərbaycanın müdafiəsi üçün göndərdi. Azərbaycanlılardan ibarət ordu qurmağın çox vaxt alacağını başa düşən Nuru Paşa III türk ordusundan tam təchizatlı bir diviziya istədi.V Qafqaz diviziyasının cəbhəyə çatması ilə qüvvələrin nisbəti dəyişdi və bolşeviklər bakıya doğru sıxışdırıldılar. Daha sonra türk türk hücumu qarşısında davam gətirməyən düşmən müqavimət göstərə bilmədi və Bkı şəhəri sentyabrın 15-də əsil sahiblərinin əlinə keçdi.
Türkiyə həmişə olduğu kimi XX yüzilliyin axırında da Azərbaycanın müstəqilliyini dəstəkləyən ilk ölkə oldu. O vaxt Kremlin və Azərbaycanın rəhbərliyində olan səriştəsi rəhbərlərin xəyanətindən mütəəssir olan Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olduğu zaman Azərbaycanla Türkiyənin tarixi qardaşlığını yada saldı və iki qardaş ölkə arasında “Ümid körpüsü” saldı. O, Naxçıvanı, sonra isə Azərbaycanı iqtisadi böhrandan qurtarmaq üçün ilk olaraq türk iş adamlarını dəvət etdi, onları Azərbaycan iqtisadiyyatına investisiya qoymağa çağırdı, investisiyaların təhlükəsizliyinə zəmanət verdi. Onun zəmanətinə inanan türrk iş adamları o vaxt qardaş köməyinə ehtiyacı olan Azərbaycanın iqtisadiyyatının formalaşmasında iştirak etməyə başladılar.
İndi türk iş adamları Azərbaycan iqtisadiyyatının demək olar ki, bütün sektorlarında təmsil olunurlar. Onlar həm özlərinin, həm Azərbaycandakı tərəf müqabilləri olan bazar iştirakçılarının, həm də iki qardaş ölkənin mənafeyinə uyğun olan fəaliyyətləri üçün möhkəm zəmin olan strategiyanın müəllifi olmuş Heydər Əliyevin ruhuna daim rəhmət diləyirlər. Bu gün həmin iqtisadi siyasəti uğurla davam və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdardılar.
“Bir millət, iki dövlət” ideyasının müəllifi olan dahi Heydər Əliyevin xatirəsi Türkiyə türkləri üçün də əzizdir.
Azərbaycan Respublikasının Ümummilli lideri dahi Heydər Əliyev bütün dünya türklərinin lideri kimi qəbul olunur və Mustafa Kamal Atatürklə bir zirvədə, bir sırada dayanır.Azərbaycanla Türkiyə ən yaxın müttəfiqdirlər və ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlıqlar, əlaqələr uğurla inkişaf edir.
Mən sözümün sonunu Türkiyə Böyük Millət Məclisinin sədri Bülənt Arıncın bir sözü ilə bitirmək istəyirəm:
“Bizi tale birləşdirib.Tarix boyu bir-birimizə güc vermişik və verəcəyik”.
FATEH ÜNAL–TÜRK İŞ
ADAMI