Azərbaycan təbabəti tarixin müəyyən dövrlərində özünəməxsus ənənələri ilə inkişaf yolu keçmişdir. Orta əsrlərdə Azərbaycanda Ərdəbil, Təbriz, Şirvan tibb məktəbləri formalaşmış, Şeyx Səfi kitabxanasında dünya təbabətinininciləri toplanmış, müxtəlif şəfa ocaqları açılmışdır. XVIII əsrdə təbabətimizə də güclü zərbələr dəymişdir, lakin XX əsrin əvvəllərindən etibarən Azərbaycan tibb elmi Nəriman Nərimanov, Əziz Əliyev, Mustafa Topçubaşov kimi tarixi şəxsiyyətlərin sayəsində özünün inkişaf mərhələsinə qədəm qoydu.
XX əsrin 70-80- cı illəri isə birmənalı şəkidə Azərbaycan səhiyyəsinin vüsətli inkişaf dövrü kimi səciyyələnir. Belə ki, Heydər Əliyev siyasi hakimiyyətə gəlişinin ilk günündən respublikada səhiyyə xidmətinin inkişafına xüsusi diqqət yetirirdi.
O zaman Azərbaycan qısa müddətdə səhiyyə xidmətinin inkişafına görə keçmiş SSRİ- də öncül cərgədə idi. Bu müddət ərzində respublikada xəstəxana kompleksləri, poliklinikalar, laboratoriyalar, müasir tipli təcili yardım stansiyaları, tibb məntəqələri tikilib istifadəyə verildi. Tibb mütəxəssislərinin peşə hazırlayan təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirildi, tibb ixtisası üzrə təhsil verən orta ixtisas məktəblərinin sayı artırıldı.
Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə təkrar hakimiyyətə qayıdışından sonra isə respublikamızda səhiyyə xidmətinin səviyyəsi yüksəldi, səhiyyə müəssisələrinin maddi-texniki bazası artırıldı. Ölkədə köklü səhiyyə islahatları həyata keçirildi. Bu sahədə çalışan peşəkar tibb mütəxəssislərinin, alimlərin köməyilə tibb aləmində yaranmış tənəzzülün qarşısı alındı, müasir standartlara cavab verən tibb ocaqları yaradıldı. Kadr hazırlığı sahəsində də ciddi islahatlar həyata keçirildi, kütləvi yoluxma halları aradan qaldırıldı, əhali peyvənd olundu, ana və uşaq ölümü minimum səviyyəyə endirildi. 1995-ci ildən sonra isə səhiyyəmiz birmənalı şəkildə yüksələn xətt üzrə inkişaf etməyə başladı.
Ölkəmizdə ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş Mərkəzi Klinik xəstəxananın fəaliyyətə başlaması da bu yüksəlişin bariz nümunəsidir.
Bu gün Azərbaycan formakoloqlarının ixtira etdikləri dərman istehsalı prosesi güclənilir. Səhiyyə sistemində həyata keçirilən məqsədyönlü işlər birmənalı şəkildə dahi Heydər Əliyevin adı ilə bağlıdır.
Biz səhiyyə işçiləri təəssüf edirik ki, bu gün ümummilli liderimiz aramızda yoxdur.Və təsəllimiz budur ki, o dahi insanın qurub – yaratdığı Azərbaycan günü-gündən inkişaf edir, ulu öndərin arzuları çiçək açır.
Sağlam ruhda tərbiyə alan gənclərimiz Qurtuluş adı altında əldə etdikləri böyük Azadlıq yolunu hörmətli prezidentimiz İlham Əliyev cənablarının ətrafında sıx birləşərək yeniləşən Yeni Azərbaycanın adını həmişə zirvədə saxlayacaq . O zirvə ki, “ doğma, canım qədər sevdiyim Azərbaycan mənim qibləgahımdır ” deyən dahi Heydər Əliyev zirvəsidir.