kanal1

YENİ AZƏRBAYCAN PARTİYASI AZƏRBAYCANI MÜSTƏQİLLİK YOLUNDA İNKİŞAF ETDİRMƏYƏ QADİR BİR PARTİYADIR HEYDƏR ƏLİYEV Azərbaycan Respublikasının Ümummilli lideri

Tarix:12-12-2024, 06:27
Baxış Sayı:0

Yeni Azərbaycan Partiyasının yaradılması da Müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi liderin rəhbərliyi və ideyaları əsasında qurulan və formalaşan Yeni Azərbaycan Partiyasının yaranma və inkişaf tarixi göstərir ki, Partiya yeni, müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial- mədəni inkişafının əsas istiqamətlərini müəyyən edib. Heydər Əliyev YAP-ın ideoloji məramını, siyasi proqramını, strategiyasını müəyyən etməklə Azərbaycanın müstəqil dövlət kimi inkişaf platformasının istiqamətlərini hazırlayıb və həyata keçirib. YAP çox şərəfli bir yol keçib, yarandığı gündən bəri Partiya Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin təşəkkülündə, milli-mənəvi dəyərlərə qayıdışında və elmin, təhsilin, mədəniyyətin inkişafında, respublikamızın bir çox taleyüklü problemlərinin aradan qaldırılmasında həlledici rola malik olan bir siyasi təşkilat kimi öz bəhrəsini verib.
YAP-ın cəmiyyətdə daha da güclü siyasi təşkilata çevrilməsində Ulu öndər Heydər Əıliyev siyasi xəttini davam etdirən, Heydər Əliyev amalını yaşadan onun layiqli davamçısı, Partiyanın sədri İlham Əliyev amili mühüm rol oynayır. Azərbaycan xalqının Respublikamızın Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməsi, həyata keçirdiyi siyasəti dəstəkləməsi, gələcəyə böyük ümid və inamla addımlaması YAP-a olan inam və məhəbbəti daha da gücləndirib.
Heydər Əliyev dühası ilə silahlanan Yeni Azərbaycan Partiyası ölkəmizin müasir simasının müəyyənləşdirilməsində və xalqımızın taleyində silinməz izlər qoyub. YAP –ın daim dövlətçiliyin möhkəmləndirilməsi və inkişafı ideyasını əsas götürməsi, təbliğ etməsi cəmiyyətimizin hər bir üzvündə də bu ideyanın daşıyıcısı olmaq arzusu yaradıb. Elə bunun nəticəsidir ki, YAP Şəki rayon təşkilatına üzv olanların sayı gündən-günə artır. Onların rayonumuzun iqtisadiyyatının sürətlə güclənməsində, eləcə də ictimai-siyasi həyatında rolu çox böyükdür.

İsrail Qəzzada atəşkəslə bağlı ABŞ-dən təklif alıb - KİV
İsrail Qəzzada atəşkəslə bağlı ABŞ-dən təklif alıb - KİV
"Dəfələrlə Ağdaş Rayon Təhsil İdarəsinə müraciət etmişəm, AMMA..." - GİLEY
"Dəfələrlə Ağdaş Rayon Təhsil İdarəsinə müraciət etmişəm, AMMA..." - GİLEY
“Zeytun Pharma” firması və apteklər şəbəkəsi belə cəzalandırıldı
“Zeytun Pharma” firması və apteklər şəbəkəsi belə cəzalandırıldı
Bu xərclər qismən geri ödəniləcək - Sərəncam
Bu xərclər qismən geri ödəniləcək - Sərəncam
“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var
“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var
"Məlhəm" klinikasında kişi həkim səhlənkarlığından ölüb? -AÇIQLAMA
"Məlhəm" klinikasında kişi həkim səhlənkarlığından ölüb? -AÇIQLAMA
Arzu Teymurov qərarı müzakirə olunur- Goranboy xəstəxanasında ilginc olay…..
Arzu Teymurov qərarı müzakirə olunur- Goranboy xəstəxanasında ilginc olay…..
“İdeal Motors” cərimələnə bilər
“İdeal Motors” cərimələnə bilər