kanal1

DÖVLƏTÇİLİK QÜDRƏTİ

Tarix:12-12-2024, 06:25
Baxış Sayı:2

Dövlətçiik tarixində və bugünkü durumunda fundamental yeri olan şəriksiz lider, siyasi fəaliyyətinin 34 ilini xalqına həsr edən ümummilli lider Heydər Əliyev rəhbərlik dövrünün bütün mərhələsini ümumi mənafe təməli üzərində qurdu. Xalqın öz rəhbərinə sonsuz sevgisi də “xalq rəhbər” vəhdətindən qaynaqlanır. Dahi Heydər Əliyevi müdrik tarixi şəxsiyyət kimi səciyyələndirən bu cəhət onun həyat yolu, dövlətçilik təcrübəsi, idarəetmə qabiliyyəti bugünkü konsepsiyası ilə dövlətçilik məktəbidir. Heydər Əliyev məktəbi Azərbaycan gəncliyinin xoşbəxt sabahı, gənclik isə Heydər Əliyev ideyalarının davamçısı, təminatçısıdır. Heydər Əliyev fenomenini səciyyələndirən əsas amillərdən biri öz xalqına bağlılıq yolunda tükənməyən enerji ilə olan xidməti idi. Öz millətinin gələcəyini etibarlı əllərdə qoyan Heydər Əliyev xalqın taleyini gənc nəslə və gənclərimizə bağlıdı. Məhz bu baxımdan Heydər Əliyev ideyalarını bu gün böyük səbrlə təmkinlə və öz diplomatik fəaliyyətilə həyata keçirən cənab İlham Əliyevin bütün islahatları məhz gənclərə və gənc nəslin fəaliyyətinə yönəlir. Azərbaycanın dirçəlişi və tərəqqisi naminə çalışan və bu yolda öz ömrünün bahar çağını xəzana çevirən Heydər Əliyev yeniləşən və çiçəklənən Azərbaycanı gülüstana çevirəcək yeganə şəxs İlham Əliyevi bilib və görürdü. Bu gün bütün sahələrdə canlanma, inkişaf dahi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu gün bu siyasi kursu, layiqli yolu davam etdirən cənab İlham Əliyev xalqına, xalqı isə İlham Əliyevə arxalanır.
Heydər Əliyev sülhsevər xarici siyasətinin dünya dövlətləri ilə ikitərəfli əməkdaşlığı bu gün də davam etdirilir. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mikroiqtisadi sabitlik əldə olunmuş, sənayedə və digər sahələrdə iqtisadi göstəricilər ildən-ilə artaraq bugünkü iqtisadiyyatımızın inkişafında özünü göstərməkdədir.
Biz, tarixi şəxsiyyət, Azərbaycan xalqının dahi lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, yolumuza düşən işıqla cəmiyyət həyatının bütün sahələrindən yararlanırıq.
Dahi Heydər Əliyev xalqımız üçün göstərdiyi misilsiz xidmətlər cild-cild kitablara belə sığmaz. Məqsədimiz bu xidmətlər ardında çiçəklənən Azər¬baycan naminə həmişə var qüvvəmizlə çalışmaqdır. Heydər Əliyevin şah əsəri olan Azərbaycanı bundan da yaxşı yaşamda görməkdi. Təbii ki, bu yolda xalqın önündə gedən, xalqın rifahının yaxşılaşmasına ça¬lı-şan İlham Əliyevlə birgə addımlamaqdı.
Heydər Əliyevin şah əsəri olan Azərbaycan bu gün regionun lider döv¬¬lətidir.
Ulu öndər, ruhun şad olsun. Nə qədər Azərbaycan var, Sən də varsan. Sən ömürlük Azərbaycan xalqının qəlbində yaşayacaqsan.

İsrail Qəzzada atəşkəslə bağlı ABŞ-dən təklif alıb - KİV
İsrail Qəzzada atəşkəslə bağlı ABŞ-dən təklif alıb - KİV
"Dəfələrlə Ağdaş Rayon Təhsil İdarəsinə müraciət etmişəm, AMMA..." - GİLEY
"Dəfələrlə Ağdaş Rayon Təhsil İdarəsinə müraciət etmişəm, AMMA..." - GİLEY
“Zeytun Pharma” firması və apteklər şəbəkəsi belə cəzalandırıldı
“Zeytun Pharma” firması və apteklər şəbəkəsi belə cəzalandırıldı
Bu xərclər qismən geri ödəniləcək - Sərəncam
Bu xərclər qismən geri ödəniləcək - Sərəncam
“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var
“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var
"Məlhəm" klinikasında kişi həkim səhlənkarlığından ölüb? -AÇIQLAMA
"Məlhəm" klinikasında kişi həkim səhlənkarlığından ölüb? -AÇIQLAMA
Arzu Teymurov qərarı müzakirə olunur- Goranboy xəstəxanasında ilginc olay…..
Arzu Teymurov qərarı müzakirə olunur- Goranboy xəstəxanasında ilginc olay…..
“İdeal Motors” cərimələnə bilər
“İdeal Motors” cərimələnə bilər