kanal1

ƏBƏDİYAŞAR LİDERİMİZ

Tarix:12-12-2024, 06:12
Baxış Sayı:2

2003- cü ilin hüznlü dekabr günlərində dahi lider Heydər Əliyevin dəfn məra¬simində iştirak etmiş qonşu döv¬lətlərin rəhbərlərinin sözlərini yax¬şı xatırlayıram. Onlar deyirdilər ki, Azərbaycan xalqı necə böyük şəx¬siyyət itirdiyini bundan sonra daha artıq hiss edəcək. Bu o deməkdir ki, ulu öndərimiz dünyanın bütün insanlarını sevirdi, bəşər övladlarına dərin məhəbbət duyğuları ilə yaşayırdı. Heydər Əliyev eyni zamanda bö¬¬yük azərbaycanlı idi. O, dəfələrlə bəyan etmişdi ki, harada yaşa¬ma¬sın¬dan, hansı mövqeyə malik olmasından asılı olmayaraq, hər bir Vətən övladı, bu torpağın çörəyini yeyib, suyunu içmiş hər kəs ilk növbədə azərbaycançılıq ideyasına sadiq olmalıdır. Bu mənada dahi liderimiz bütöv, kamil bir azərbaycançılıq məfkurəsinin müəllifinə çevrildi, mükəm¬məl milli ideologiya işləyib hazırladı və nəsillərə əmanət etdi.
Heydər Əliyevin sa𬬬lığında hazırladığı və yürütdüyü siyasət həmişə müasirdir, hər bir dövrün tələbini ödəyən müdrik siyasətdir. Bu gün hər birimiz şahidik ki, bu siyasi kurs nə qədər dəqiq düşünülmüşdür, bizi xoşbəxt gələcəyə aparır. Bunu təkcə biz demirik, dünyanın nüfuzlu liderləri, tanınmış po¬litoloqları, tərəqqipərvər ictimaiyyəti etiraf edirlər.
Heydər Əliyev ölkəmizin müdafiəsinin gücləndirilməsi qayğısına qalır-dı, bu işi dövlətçiliyin qorunmasında ən mühüm amillərdən biri, bəlkə də başlıcası hesab edirdi. Müasir şəraitdə bu məsələ daha aktual xarak-ter almışdır və getdikcə daha fəal yanaşma tələb edir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əli¬yevin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan ordusu kifayət qədər güclüdür, ölkənin sərhədlərini qorumağa, işğalçı qüvvələri ərazilə¬rimizdən qovub çıxarmağa hər an hazırdır. Bununla yanaşı, ordumuzun möhkəmləndirilməsi prosesi bundan sonra da davam etdirilməlidir. Baş¬lı-ca vəzifələrdən biri ordunun kadr poten¬sialının gücləndirilməsi, onun sıra¬larına mətin və cəsur, hər cə¬hətdən güclü, Vətənə sadiq, torpağa bağ¬lı olan gənclərin göndəril¬mə¬sidir.

İsrail Qəzzada atəşkəslə bağlı ABŞ-dən təklif alıb - KİV
İsrail Qəzzada atəşkəslə bağlı ABŞ-dən təklif alıb - KİV
"Dəfələrlə Ağdaş Rayon Təhsil İdarəsinə müraciət etmişəm, AMMA..." - GİLEY
"Dəfələrlə Ağdaş Rayon Təhsil İdarəsinə müraciət etmişəm, AMMA..." - GİLEY
“Zeytun Pharma” firması və apteklər şəbəkəsi belə cəzalandırıldı
“Zeytun Pharma” firması və apteklər şəbəkəsi belə cəzalandırıldı
Bu xərclər qismən geri ödəniləcək - Sərəncam
Bu xərclər qismən geri ödəniləcək - Sərəncam
“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var
“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var
"Məlhəm" klinikasında kişi həkim səhlənkarlığından ölüb? -AÇIQLAMA
"Məlhəm" klinikasında kişi həkim səhlənkarlığından ölüb? -AÇIQLAMA
Arzu Teymurov qərarı müzakirə olunur- Goranboy xəstəxanasında ilginc olay…..
Arzu Teymurov qərarı müzakirə olunur- Goranboy xəstəxanasında ilginc olay…..
“İdeal Motors” cərimələnə bilər
“İdeal Motors” cərimələnə bilər