Azərbaycan dövlətinin tarixində əvəzedilməz bir şəxsiyyət olan, xalq məhəbbəti qazanmış Heydər Əliyev öz fəaliyyəti ilə tarixin yaddaşına əbədi həkk olunmuşdur. Heydər Əliyev elə bir tarixi şəxsiyyətdir ki, onun haqqında hər hansı bir fikir söyləmək çox böyük məsuliyyət tələb edir. Lakin bu məsələ inkaredilməzdir: bu gün Azərbaycanın elə bir guşəsi, elə bir sahəsi tapılmaz ki, orada Heydər Əliyev zəhməti,, onun izi, qayğısı olmasın. Dahi Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişi ilə Azərbaycan özünün həqiqi yolunu, inkişafını tapmış oldu.
Bəli, Heydər Əliyev hər birimiz üçün bir həyat məktəbi idi. O, özünü azərbaycançılıq ideyasına həsr edərək bu müqəddəs ideala bütün ömrünü Verdi. Dünya azərbaycanlılarına bir milli lider kimi, millətsevərlik, vətənpərvərlik, mübarizlik, mətinlik nümunəsi oldu. Xalqımız əvəzsiz sərkərdəsini, tarixin yetişdirdiyi müdrik liderin xatirəsini layiqincə yaşadır.
Ruhun şad olsun, dahi öndər…