Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına ağır itki üz ve¬rib. 12 dekabr 2003-cü ildə Azərbaycan xalqının dahi lideri, Respub¬li¬ka¬mı¬zın eks prezidenti Heydər Əlirza oğlu Əliyev ABŞ-ın Ohayo Ştatın¬da¬¬¬kı Klivlend Klinikasında uzunsürən xəstəlikdən sonra dünyasını dəyi¬şib.
Amerikanın məşhur CNN telekanalının yaydığı bu kədərli xəbər bü¬tün dünyaya səpələnmiş soydaşlarımızı, Azərbaycan və azərbay¬can¬lıların dostlarını dərindən sarsıtdı. Dünya harada yaşamasından asılı olmayaraq soydaşlarımızın bu dahi insanı necə dərin məhəbbətlə sev¬diyi¬nin şahidi oldu. Elə biz özümüz də ilk baxışdan sakit, dərin əqidə və sarsılmaz ira¬də sahibi olan bir şəxsiyyəti necə ürəkdən sevdiyimizi bir daha bü¬tün varlığımızla hiss etdik.
Azərbaycan, bütün dünya azərbaycanlıları, bütün türk dünyası kədər içindədir. 15 dekabr 2003-cü il tarixdən bəri milyonlarla insanın nəzəri Bakıdakı Fəxri Xiyabana dikilib.
Ümummilli lider Heydər Əliyev məhz burada canı qədər sevdiyi tor¬pağına tapşırılmışdır.
Tarix boyu Fəxri Xiyaban bundan izdihamlı vidalaşma seli gör¬mə¬miş¬¬dir. 15 dekabr 2003-cü ildən bəri bu müqəddəs məkana insan axını¬nın ardı-arası kəsilmir, böyük də, kiçik də, ağsaqqal da, ağbirçək də, bir sözlə, ölkəmizin və yaxın-uzaq xaricin ən yaxın və ən uzaq nöqtə¬lə¬rində yaşayan bütün Heydərsevərlər bu məzarın önündən keçərək burada uyuyan ulu insana, dahi liderə əslində heç vaxt ödəyə bilməyəcəyimiz son borclarını verirlər.
“İctimai Lider” jurnalının rəhbər və bütün yaradıcı kollektivinin dahi lider Heydər Əliyev dühasına olan sonsuz məhəbbətini, sevgisini, sözlə deyilə bilinməyəcək ürək sözlərinin xalqımıza,dəyərli oxucu kütləsinə çat¬dırılması məqsədilə “Qurtuluşdan başlanan yol ” adlı kitabının işıq üzü görməsini qərara aldım.
12 dekabr tarixinin ağırlığını bütün varlığı ilə hiss edən hər bir Azər¬baycan vətəndaşına, bütün soydaşlarımıza Uca Tanrıdan səbr və dözüm diləyirəm.
Başın sağ olsun, Azərbaycan!
Şəfa Şəmsəddin qızı Paşayeva