kanal1

"İndi dərdimizi kimə deyək, bilmirik..." - GİLEY

Tarix:11-12-2024, 13:43
Baxış Sayı:0


Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "AAAF Park" yaşayış kompleksində onminlərlə insan günlərdir ki, su üzünə həsrət qalıb. Bu haqda Anaxeber.info-ya verilən məlumata görə, "Azərsu" ASC heç bir izahat vermədən əhalini susuz qoyub. Sakinlərin bildirdiyinə görə, artıq bir neçə gündür eyni vəziyyət yaşanır. Hazırda kompleksə su verilmir. Burada onminlərlə insan yaşayır. Sakinlər bildirirlər ki, su idarəsinə şikayət edilib, lakin heç bir nəticəsi yoxdur. "Bizə deyilmir ki, nə baş verib. Bəlkə su borusu, yaxud kəməri partlayıb, ya hansısa qəza olub, heç olmasa səbəbini açıqlasınlar. Amma əhalini sayan yoxdur və
" Azərsu " camaatı vecinə də almır. Bu qurumun rəhbəri dəyişəndən vəziyyət bir az da pisləşib. İndi dərdimizi kimə deyək, bilmirik. Ona görə də səsimizi mətbuatla eşitdirmək istəyirik. Burada azı 30-35 insan yaşayır. Bu qədər insanı qışın sazağında susuz qoymağın adı nədir? Bəs, insanlar hardan su tapsınlar? Elə bil ki, orta əsrlər dövrünə qayıtmışıq", - deyə sakinlər şikayətində bildirib. Onlar təcili surətdə tədbir görülməsini xahiş edirlər.

Qaxın da öz TENDERYEYƏNİ VAR... -
Qaxın da öz TENDERYEYƏNİ VAR... -
“Yasamal İH bu işləri görməyəcəksə, pulları havaya sovurmasın…” – Sakinlərdən etiraz
“Yasamal İH bu işləri görməyəcəksə, pulları havaya sovurmasın…” – Sakinlərdən etiraz
Sahib Məmmədov bu suallara cavab verə bilmir?
Sahib Məmmədov bu suallara cavab verə bilmir?
“AzToyuq” MMC-də pozuntular aşkarlandı
“AzToyuq” MMC-də pozuntular aşkarlandı
“Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır
“Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır
Sadiq Əliyev 133 min manatlıq müsabiqədə bu xanımı qalıb etdi -Görün kimdir
Sadiq Əliyev 133 min manatlıq müsabiqədə bu xanımı qalıb etdi -Görün kimdir
Qax Rayon İcra Hakimiyyətinin tenderlərinin “qənimi”: “Cahandar-H”
Qax Rayon İcra Hakimiyyətinin tenderlərinin “qənimi”: “Cahandar-H”
“Bravo marketdə” müştəriləri belə aldadırlar -FOTOFAKT
“Bravo marketdə” müştəriləri belə aldadırlar -FOTOFAKT