kanal1

Zaur Hüseynov yola salınır – Yerinə sürpriz namizəd var

Tarix:6-12-2024, 15:43
Baxış Sayı:0



Bakı metrosundakı vəziyyət dözülməz hal alıb. Hazırkı rəhbərliyin işinin öhdəsindən gələ bilmədiyi deyilir və ciddi narazılıqlar səsləndirilir. Vaxtaşırı problemlərin yaranması nəzərləri birbaşa “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynova yönəldir.

Hətta deyilənə görə, yaxın vaxtlarda Z.Hüseynov vəzifəsindən uzaqlaşdırılacaq. Onun yerinə sürpriz namizədin adı hallandırılır. Bəzi dəqiqləşdirmələr apardıqdan sonra həmin namizədin adını yazacağıq.

Mövcud problemlərin həlli üçün metropoltenlə bağlı hansı addımlar atılmalıdır? Rəhbərliyin dəyişməsi mümkündür görünürmü?

Globalinfo.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Bakı metrosunun problemləri uzun zamandır davam edir:

“Qatarlar arasında interval sayı çox uzundur, böyük sıxlıqlar yaranır. İdarəetmə ilə bağlı ciddi problemlər var. Bundan öncə də metropoliten rəhbərliyi bir neçə dəfə dəyişdirilib, amma problemlər həllini tapmayıb. Məncə, bu, tək rəhbərliklə bağlı problem deyil. Təbii ki, bu da problemlərin bir hissəsidir, yaxşı idarəetmə modelinin tətbiqi daha çox rəhbərdən asılıdır. Amma əslində əsas problem ondan ibarətdir ki, Bakı şəhəri həddindən artıq yüklənib və metropoliten bu yükü dartıb apara bilmir. Nəqliyyat sistemi bir-birinə inteqrasiya olunmuş halda idarə olunmur, bu da problem yaradır. Amma tez çözüm yollarından biri, təbii ki, qatar saylarının artırılmasıdır. Bu günə qədər “Bakı Metropoliteni” QSC-ə büdcədən milyonlarla vəsait ayrılıb. İnfrastrukturun yenilənməsi ilə bağlı müəyyən işlər görsələr də, qatar sayı yetərsizdir. İnterval azaldılmalıdır, elə şəhərlərin bir çoxlarında intervallar pik saatlarına bağlıdır. Məsələn, normalda 2 dəqiqədən bir gələn qatarlar, pik saatlarda 45 saniyə, 1 dəqiqə ərzində gəlirlər. Bu həllini tapsa, problemlər də öz həllini tapar”.

Nəqliyyat eksperti Elməddin Muradlı isə deyib ki, metrodakı qüsurların köklü səbəbləri var:

“Metro stansiyalarının sayı azdır. Yüklənmə çoxdur. “Koroğlu”, “28 May” nəqliyyat mübadilə məntəqəsi artıq ciddi problemlər yaradır. 10-15 avtobus eyni vaxtda gəlib sərnişin boşaldır. Nəticədə metronun 500-800 sərnişinə gücü çatmır. Metronu qınamaq olmaz. Nizamlama işlərində müəyyən qüsurlar var. Düzgün formada tərtib olsunsa, nizamlansa, belə nöqsanlara yol verilməz. Rəhbərin dəyişəcəyi ilə problemlərin yoluna qoyulacağını düşünmürəm. Sistem düzgün qurulmayıb”.

Yeyinti Sənayesini bitirən Fuad Hacıyevin İdman Akademiyasında macəraları - Video
Yeyinti Sənayesini bitirən Fuad Hacıyevin İdman Akademiyasında macəraları - Video
Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
"İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
"İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Bakıda nadir memarlıq nümunəsi dağıdılır – Rostropoviç bunu da alıb/VİDEO
Bakıda nadir memarlıq nümunəsi dağıdılır – Rostropoviç bunu da alıb/VİDEO
Cənab Ali Baş Komandan bizi xilas edin! Nuriyevlər Sabirabadda sabotajla məşğuldur
Cənab Ali Baş Komandan bizi xilas edin! Nuriyevlər Sabirabadda sabotajla məşğuldur
“AAAF Park”-da qanunsuz tikinti davam etdirilir – Obyekti Vüqar Sədizadə tikdirir?
“AAAF Park”-da qanunsuz tikinti davam etdirilir – Obyekti Vüqar Sədizadə tikdirir?