kanal1

Naxçıvanda “Sərvət” kimlərə sərvət qazandırıb - 8 milyon manata yaxın dövriyyə, 400 manat vergi

Tarix:Dünən, 19:22
Baxış Sayı:0

Son illər Naxçıvan Muxtar Respublikasında vergi nəzarətinin keyfiyyətinin yüksəldilməsi və nəzarət tədbirlərində şəffaflığın təmin edilməsi məqsədilə xeyli iş görüldüyü, vergi daxilolmalarının artırıldığı ilə bağlı məlumatlar verilir. Əvvəlki illərdən fərqli olaraq, 2023-2024-cü illərdə vergi daxilolmalarında artım var. Bəs bu artın nəyin hesabına olub? Əgər bu artım kiçik sahibkarlara kütləvi şəkildə iri məbləğlərdə vergi cərimələrinin yazılması hesabınadırsda, bu, yaxın gələcəkdə çox ciddi problemlər yaradacaq. Muxtar respublikada kiçik və orta sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslərin fəaliyyətini dayandırması növbəti illərdə vergi daxilolmalarının kəskin şəkildə aşağı düşməsi ilə nəticələnə bilər.

TNS-in əldə etdiyi məlumata görə, Naxçıvanda kiçik sahibkarlardan yığılan verginin həcmində artım olsa da, milyonlarla dövriyyəsi olan şirkətlər vergi ödəməyib.

Məsələn, Naxçıvanda fəaliyyət göstərən “Sərvət” İnşaat Məhdud Məsuliyyəti Cəmiyyətinin dövriyyəsi 2023-2024-cü illərdə 4 milyon manatdan çox olub. Şirkət cəmi 220 manat vergi ödəyib. “Zirvə qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin isə dövriyyəsi 3 milyon manatdan çoxdur. Bu MMC də vergidən yayınan şirkətlərdəndir. “Zirvə qrup” cəmi 190 manat vergi ödəyib.

Məlumata görə, dövriyyəsi milyonlarla manat olan “Güvən İnşaat”, “Güvən Ticarət”, “Optimal qrup” Məhdud Məsuliyyətli cəmiyyətləri də vergi ödəməyib.

İddia olunur ki, bu şirkətlərin himayədarı Prezidentin sabiq köməkçisi Əli Həsənovun qardaşı oğlu Anar Həsənovdur. Onun Naxçıvanda yüksək vəzifəli şəxslə dost və şərik olduğu ilə bağlı yerli mediada xeyli məlumat dərc edilib.

Məlumatlı mənbə bildirib ki, hazırda Naxçvan Muxtar Respublikası iqtisadiyyat nazirinin vəzifələrini icra edən, bundan əvvəl isə Dövlət Vergi Xidmətinin rəisi vəzifəsində çalışan Abbas İsmayılov bütün bunlara göz yumub.

Bu faktlar onu göstərir ki, Naxçıvanda vergi inzibatçılığının möhkəmləndirilməsi, şəffaflığın təmin olunması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir, populizmdən başqa bir şey deyil.

Hesab edirik ki, təqdim etdiyimiz faktlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı, ciddi tədbirlər görülməlidir.

Azərbaycanda vergi sahəsində qayda-qanun yaradan, neqativ halların qarşısını qısa zaman ərzində alan iqtisadiyyat naziri Mikayıl Cabbarov Naxçıvanda iqtisadi sahədə baş verənlərlə bağlı aparılan araşdırmaları şəxsi nəzarətinə götürsə, ciddi pozuntular aşkarlanacaq, külli miqdarda vergidən yayınma hallarının olduğu ortaya çıxarılacaqdır.

Mövzunu davam etdirəcəyik.

İnsanların həyatı Səhiyyə nazrliyi üçün bu qədər dəyərsizdir? - VİDEO
İnsanların həyatı Səhiyyə nazrliyi üçün bu qədər dəyərsizdir? - VİDEO
Milyon yarımlıq vergi borcu olan “Dana monopoliyası”nın nümayəndəsi nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunacaq...
Milyon yarımlıq vergi borcu olan “Dana monopoliyası”nın nümayəndəsi nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunacaq...
Keçmiş deputatın oğlu camaatı BOĞAZA YIĞIB... - ÖZBAŞINA QALIB...
Keçmiş deputatın oğlu camaatı BOĞAZA YIĞIB... - ÖZBAŞINA QALIB...
Milli Observatoriyada korrupsiya qalmaqalı - mütəxəssisdən şok açıqlamalar İDDİA/FOTO
Milli Observatoriyada korrupsiya qalmaqalı - mütəxəssisdən şok açıqlamalar İDDİA/FOTO
BU NƏDİ BELƏ: Qalmaqallı iş adamının İFŞA VİDEOSU... - Hər gün əqidəsini dəyişən camaata əqidə dərsi keçir?
BU NƏDİ BELƏ: Qalmaqallı iş adamının İFŞA VİDEOSU... - Hər gün əqidəsini dəyişən camaata əqidə dərsi keçir?
Koreyalı deputatlar prezidentin impiçmentinə səs vermək üçün hasara çıxıb