kanal1

Qarabağ Dirçəliş Fondu tendersiz Rusiya şirkəti ilə 24,6 milyonluq müqavilə imzalayıb

Tarix:3-12-2024, 16:09
Baxış Sayı:0


Qarabağ Dirçəliş Fondunun Rusiyanın “B.Bright Communications” şirkəti ilə satınalma müqaviləsi imzaladığı bildirilir.
Yeniavaz.com xəbər verir ki, “B.Bright Communications” Qarabağ Dirçəliş Fondunun sifarişi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin (bundan sonra Qarabağ və Şərqi Zəngəzur) beynəlxalq media platformalarında, eləcə də müvafiq materiallarda təbliği məqsədilə hərtərəfli kommunikasiya strategiyasını işlənib hazırlanması xidmətini həyata keçirəcək və qarşılığında 26,4 milyon manat alacaq.
Məlumat üçün bildirək ki, Qarabağ Dirçəliş Fondu tender müsabiqəsi keçirmədən “B.Bright Communications” ilə bir mənbədən satınalama metodu əsasında müqavilə imzalayıb. Eyni zamanda satınalma dövlət satınalmalarının vahid internet portalından kənar keçirilib.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

İrina Belozerçeva Munerovna

Onu da bildirək ki, “B.Bright Communications” (ООО "Бибрайт Коммьюникейшнс") 2018-ci ildə Moskva şəhərində qeydiyyata alınıb. Şirkətin təsisçisi və baş direktoru İrina Belozerçeva Munerovnadır. Nizamnamə kapitalı 10 min rubl (94 dollar) olan şirkətin 5 nəfər işçisi var. Şirkətin ötən ilki mənfəəti 16,7 min dollar (1,78 milyon rubl) olub.

GDU-da rüşvət necə alınıb-Faktlar açıqlandı
GDU-da rüşvət necə alınıb-Faktlar açıqlandı
Turizm Agentliyi də hind turistlərdən imtina etdi... - ÇÜNKİ...
Turizm Agentliyi də hind turistlərdən imtina etdi... - ÇÜNKİ...
Sumqayıtda uşaq bağçasının müdirəsidə OLİQARX imiş
Sumqayıtda uşaq bağçasının müdirəsidə OLİQARX imiş
Security Operation Services MMC-də qaranlıq iddialar: SOCAR-ın tenderləri kimlərin cibinə gedir?
Security Operation Services MMC-də qaranlıq iddialar: SOCAR-ın tenderləri kimlərin cibinə gedir?
 Dövlət çətiri altında OYUNBAZLIQ... - BUNUN BAŞQA ADI YOXDUR...
 Dövlət çətiri altında OYUNBAZLIQ... - BUNUN BAŞQA ADI YOXDUR...
 Balakəndə İcra məmuru aldığı rüşvəti geri qaytardı
 Balakəndə İcra məmuru aldığı rüşvəti geri qaytardı
Qurban bayramında 4 gün tətil olacaq
Qurban bayramında 4 gün tətil olacaq
Nazirdən yeni təyinat
Nazirdən yeni təyinat