kanal1

"Veysəloğlu" əslində kimə məxsusdur? - Aydın Talıbovun şirkətlərində yoxlama keçiriləcəkmi?

Tarix:4-11-2024, 15:27
Baxış Sayı:0


Azərbaycanda qida, ərzaq sektorunda inhisarçılardan biri, müxtəlif şəhər və rayonlarda marketlərinin sayı 300-ü keçən “Veysəloğlu Grup” MMC-nin qanuni təmsilçisi isə Talıbov Aydın Veysəl oğludur.

Onlarla supermarketlər, minimarketlər, böyük satış anbarları, bir sözlə, Veysəloğlunun biznes imperatoprluğu. “Araz”, “Oba”, “SPAR” marketlər şəbəkəsi, “Ulduz” şokolad fabriki, Naxçıvanda “Sirab” mineral sular zavodu, “Favorit”, “Xonça”, “AVT Logistics”, cürbəcür KAFE-lər, hətta KİA avtomobillərinin satışı və daha nələr… Üstəlik Gürcüstanda “VG” (Veyseloglu Georgia) distribüsiya şirkətləri, Türkiyədə şirkətləri…. Bu boyda biznes imperiyasının sahibinin Şərurlu bir kənd müəlliminin, “prorab” oğlu Aydın Talıbov olduğu inandırıcı görünmür.

Bu boyda biznes şəbəkəsinin arxasında PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev, Naxçıvanın sabiq şefi Vasif Talıbov, sabiq baş prokuror, hazırda həbsxanada olan Eldar Həsənov və digərləri dayanması haqda ciddi iddialar var. Vasif Talıbovun icazəsi olmadan Aydın Talıbov Naxçıvanda nəinki SİRAB mineral sular zavodu, heç su köşkü də aça bilməzdi. Veysəloğlu Şirkətlər Qrupuna məxsus marketlərdə kiflənmiş pendir, qurdlu şokolad, içindən bolt-qayka çıxan tumlar satılmasından, yaxud “Araz” marketlərində köhnələn, vaxtı keçən qida məhsullarının OBA-da kasıb camaata satılmasından, vitrindəki qiymətlərlə kassadakı qiymətlər arasındakı xeyli fərqdən, Əmək Müfəttişliyinin, Qida Agentliyinin ortaya qoyduğu faktlardan və s bəhs etməyə ehtiyac görmürük. Heç Ramiz Mehdiyevin, Vasif Talıbovun əli ilə “Ulduz” şokolad fabrikini Aydın Talıbovun necə ələ keçirməsinə də toxunmuruq. Çünki daha ciddi məqam Veysəloğlu Şirkətlər Qrupunun Ramiz Mehdiyevin, Vasif Talıbovun şərikli biznes şəbəkəsi olmasıdır. Ramiz Mehdiyevin, Vasif Talıbovun aqibəti bəllidirsə Veysəloğlunun gələcək talehi də bəllidir. Veysəloğlu şirkətlər qrupunun tərkibində fəaliyyət göstərən bütün marketlər şəbəkəsində yoxlamalara başlanılsa milyardlarla yeyintilər üzə çıxacaq.

Veysəloğlu Şirkətlər Qrupundan əldə etdiyimiz məlumata görə, Aydın Talıbov bu yoxlamaları önləmək üçün, şirkətlər qrupuna başqa rəhbər, qrupda fəaliyyət göstərən şəbəkələrə isə, yeni rəhbərlər təyin edib. Amma Ramiz Mehdiyev AMEA-nın prezidenti olanda onunla hansı iş birliyi ilə “MEH”-in satışından əldə olunan milyardlar, Mehdiyevin köməkliyi ilə elmi dərəcələrin kimlərə verilməsi Aydın Talıbovu daha çox narahat etməlidir. Çünki ortada Rasim Məmmədov nümunəsi var...

Aztoday.az

"Hələ də dekabr ayının əmək haqqını almamışıq..." - NARAZILIQ VAR...
"Hələ də dekabr ayının əmək haqqını almamışıq..." - NARAZILIQ VAR...
“İşdə xəsarət alsam da, pulumu ödəmirlər, üstəlik, işdən də çıxardılar” - ÖZBAŞINALIQ!
“İşdə xəsarət alsam da, pulumu ödəmirlər, üstəlik, işdən də çıxardılar” - ÖZBAŞINALIQ!
AD İNSANI BƏZƏMƏZ, İNSAN ADI BƏZƏYƏR...
AD İNSANI BƏZƏMƏZ, İNSAN ADI BƏZƏYƏR...
Cəlilabadda Şəhidin adını daşıyan məktəbə baxın: BURDA HƏLƏ DƏRS KEÇİRLƏR... - AÇIQ TƏHLÜKƏ!!!
Cəlilabadda Şəhidin adını daşıyan məktəbə baxın: BURDA HƏLƏ DƏRS KEÇİRLƏR... - AÇIQ TƏHLÜKƏ!!!
“Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
“Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
Şahin Bağırovun TAM FİASKOSU... - BUNUN BAŞQA ADI YOXDUR...
Şahin Bağırovun TAM FİASKOSU... - BUNUN BAŞQA ADI YOXDUR...
Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək?
Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək?