kanal1

11 saylı cəzaçəkmə müəssisəsində məhbusların DƏRMANI SATILIR - İTTİHAM VAR...

Tarix:15-10-2024, 08:47
Baxış Sayı:2


Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsinin tibb sanitar hissəsində cəza çəkən 1-ci dərəcəli əlil məhkum Səmədov Əli Azər oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.Media-ya daxil olan müraciətdə deyilir:

"Yazıb sizə bildirirəm ki, mən hazırda xəstəliyim səbəbi ilə tibb sanitar hissədə müalicələrə cəlb edilmişəm.Səhətimin ağır olması səbəbi ilə müalicə ala bilmədikdə cəzamı çəkə bilmirəm.Sizə bildirirəm ki, son iki aydan da artıq müddət keçməsinə baxmayaraq müəssisəyə dərman preparatlarının gəlişinə məhdudiyyətlər qoyulmuşdur.15 saylı Cəzaçəkmə Müəssisəsində olduğu kimi digər Cəzaçəkmə Müəssisələrində habelə müalicə müəssisəsində də vəziyyət eynidir.Xəstə məhkumlarin dərmanların bitməsi səbəbi ilə müalicələri tamamilə dayandırılmışdır, həkimlər əllərindən gələni etmək istəsələr dərmanların olmamasına görə hər gün məhkumlarla mübahisəyə girmək məcburiyyətində qalır və onlara o dərmanları şəxsi hesablarına almaqlarini xahiş edirlər.Mənim kimi sosial müavinət alan məhkumlar dərmanları ala bilsə də kasıb, kimsəsiz məhkumlar yalnız öləcəyi günü gözləyirlər.Muraciətimə əsasən Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin əməkdaşı Məhəl həkim şifahi olaraq bildirir ki dərmanların bazadan cəzaçəkmə müəssisələrinə göndərilməməsinin başlıca səbəbi Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin rəisinin yeni dəyişdirilməsi və yeni rəisin cəzaçəkmə müəssisələrinə dərman preparatlarının paylanmasına dair sənədləri imzalamamasidir. Səbəb olaraq 11 saylı cəzaçəkmə müəssisəsinin baş həkimi Elşən İsayevin dərmanları müəssisə ərazisindən qeyri-qanuni çixarmasidir. Məsələ Tibb Baş idarəsi tərəfindən araşdırılır yəqin ki, önümüzdəki aylarda dərmanlar cəzaçəkmə müəssisələrinə çatdırılacaqdi.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Ədliyyə Naziri cənab Fərid Əhmədova müraciət edib xahiş edirəm yuxarıda qeyd etdiklərimi obyektiv araşdırıb qanunu tədbirlər görəsiniz. Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm...."

Dia-az.Media

Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: "Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin" (VİDEO)
Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: "Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin" (VİDEO)
"Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
"Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Ermənilərin korrupsioner dayağının sonu – Menendezə verilən layiqli cəza - ŞƏRH
Ermənilərin korrupsioner dayağının sonu – Menendezə verilən layiqli cəza - ŞƏRH
Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ - "İnsafınız olsun..."
Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ - "İnsafınız olsun..."
İsmayıllı İcra hakimiyyətində VARİS PLANI... - İLGİNC...
İsmayıllı İcra hakimiyyətində VARİS PLANI... - İLGİNC...
BİZİM ƏHMƏD HƏKİM "INTERNATIONAL MEDICAL CENTRE" MMC
BİZİM ƏHMƏD HƏKİM "INTERNATIONAL MEDICAL CENTRE" MMC
Hacı Əliyevin planı baş tutdu-Nəvəsi Nurel Kərim Badamdar bələdiyyə sədri olur?
Hacı Əliyevin planı baş tutdu-Nəvəsi Nurel Kərim Badamdar bələdiyyə sədri olur?