kanal1

İŞLƏRİNİZ PAK VƏ AXARLI OLSUN ELSEVƏR MÜƏLLİM

Tarix:4-10-2024, 15:49
Baxış Sayı:115


Ulularımız bir-birinə ən gözəl duyğularını ifadə etmək üçün alqışlardan istifadə ediblər: "Sucan ömrün olsun", Su kimi duru olasan", "Su kimi paka çıxasan", "Su qədər əziz olasan",və s.
Doğrudan da, bu xeyir-duanın hər zaman üstümüzdə olmasından bir yüngüllük duymuşuq.Elə hesab etmişik ki,məhz həmin xoşniyyətli arzular,alqışlar bizləri zaman-zaman qada-bəladan qoruyub, səfərə çıxanların,müəyyən bir iş dalınca yollananların uğur tapması üçün vəsilə olub. Hər halda, xalq inanclarının həyatımızdakı rolu əvəzsizdir və bu danılmaz həqiqəti hər birimiz təsdiqləyə bilərik.
Fəaliyyəti "Su qədər əziz olasan"-alqışına layiq olan mütəxəssislərdən biri də "Azərsu" ASC-nin 4 N-li Regional Sukanal İdarəsinin rəisi Elsevər Mirzəyevdir.
Elsevər Mirzəyevin fəaliyyətində paklığa üstünlük verən rəhbər işçilərdəndir. Bunu Elsevər müəllimin KİV-lə təmasa meylli olması, onlardan heç bir zaman qaçmaması da təsdiq edir. Onun haqqında yazılmış məqalələrin,qazet və jurnallara verdiyi müsahibələrin, özünün mətbuatda çıxışlarına diqqət yetirsək açıq aydın görərik ki, Elsevər Mirzəyev təkcə öz sahəsində deyil, ölkənin ictimai-siyasi,sosial-iqtisadi həyatında baş verən bütün əhəmiyyətli hadisələrə münasibət bildirən fəal vətəndaşlıq mövqeyinə malik ziyalıdır.
O,Vətəninə,xalqına,torpağına bağlı bir insan,ürəyi insanların sevinci-kədəri ilə döyünən əsil azərbaycanlıdır. Hər zaman bir çox həmkarlarından sadəliyi, xeyirxahlığı ilə seçilən Elsevər müəllimin sözünün əvvəli-axırı insandır. İnsanın sadəliyi,vətənpərvərliyidir. Bütün insanlar yaxşı əməl sahibi,xeyirxah olsaydı faciələr törənməz ,qanlar axıdılmaz,ölkələr viran, uşaqlar yetim, ana-bacıların gözü yaşlı qalmazdı!-deyir Elsevər müəllim.Yaxşı insan və xeyirxah əməl ölməzdir.
Elsevər Mirzəyev nəinki bütün işçi kollektivinin, onu tanıyan,müraciət edən hər kəsin hər zaman sözünü səbrlə dinləyir,hər birinə əlindən gələn köməkliyi göstərir, hər zaman şəhid ailələrinə, qazilərə, veteranlara qayğı göstərir, heç kəsdən bacardığı köməkliyi əsirgəmir.
Bəli, şəhid ailələrinə, qazilərə, veteranlara doğma insanı kimi münasibət bəsləyən Elsevər Mirzəyev onların hər birinə qayğı ilə yanaşır, səmimi rəftar edir.
Onun insanlarla səmimi münasibəti əsil ziyalılıqdan xəbər verir.
"Azərsu" ASC-nin 4 N-li Regional Sukanal İdarəsinin bütün zəhmətsevər əməkdaşları Elsevər Mirzəyevin rəhbərliyi altında fəaliyyətlərində əzmlə çalışırlar.
Biz də İctimailider.az olaraq başda Elsevər Mirzəyev olmaqla hər birini qarşıdan gələn 18 oktyabr Müstəqillik günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinə ayrı-ayrılıqda sağlıqlı uzun ömür diləyir, Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyətlərində əzmkarlıqlarını daima qorumaqlarını arzu edirəm.
İşləriniz su kimi pak və axarlı olsun, Elsevər müəllim

Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız
Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız
216 saylı məktəbdə nələr baş verir? -TƏFƏRRÜAT
216 saylı məktəbdə nələr baş verir? -TƏFƏRRÜAT
KİV: İsrail Təbrizə yeni zərbələr endirib
KİV: İsrail Təbrizə yeni zərbələr endirib
“Nur” çörəyin içindən polietilen paket çıxdı-Video
“Nur” çörəyin içindən polietilen paket çıxdı-Video
KİV: İranın iki raketi İordaniya və Suriyaya düşüb
KİV: İranın iki raketi İordaniya və Suriyaya düşüb
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
“AF BEACH HOTEL”də Aynur Dadayeva işçilərin maaşını vermir
“AF BEACH HOTEL”də Aynur Dadayeva işçilərin maaşını vermir