kanal1

Tovuz "MERO"-sunda nə baş verir?

Tarix:3-10-2024, 18:21
Baxış Sayı:3



Qazax rayonu, Quşçu Ayrım kənd sakini Hacıyev Orxan Çingiz oğlu Huriyyet TV-nin efirində Tovuz rayon Qeydiyyat İdarəsi və Avtomobillərin Texniki Baxış şöbəsində (el arasında MERO) üzləşdiyi rüşvətxorluq, süründürməçilik hallarından danışıb.

Vətəndaş yanvarın 22-də Tovuz "MERO"ya şəxsi avtomobilinin qeydiyyatı üçün müraciət etdiyini açıqlayıb.

Canlı efirdə danışan Orxan Hacıyevin sözlərinə görə, şöbədə onu polis baş leytenantı Elçinin yanına yönləndiriblər: "Mənə bildirildi ki, avtomobilin mühərrikində blok dəyişdirilib, sonra bir vərəq verərək ödəniş etməyimi istədi. Mən həmin kağız parçası əsasında 11 manat ödəniş etdim. Sonra maşının mühərrik bloku dəyişdiyi üçün məndən qeyri-rəsmi, heç bir qəbz vermədən 1100 manat aldılar. Bu pulu mən rəsmi rüsum kimi ödəməmişəm".

Şikayətçi deyib ki, daha sonra avtomobilin qeydiyyatı üçün ayrıca pul tələb olunub.

Onun sözlərinə görə, özü ilə yanaşı daha bir nəfərin də maşınını qeydiyyatdan keçirmək lazım idi. Hacıyev iki maşın üçün 650 manat rüşvət istənildiyini bildirib. Lakin həmin vəsaitdən 50 manat çatmayıb və şöbə rəisinin qəbuluna gedərək ondan güzəşt etməsini xahiş edib.

Amma Hacıyev deyib ki, şöbə rəisi onunla quru, kobud danışıb, məbləği 700 manata qaldırıb, polis əməkdaşına isə qəbuluna gələn vətəndaşı çölə çıxarmağı əmr edib.

Şikayətçi qeyd edib ki, bu pulu da vermək məcburiyyətində qalıblar. Beləcə, üst-üstə 1800 manat rüşvət alınıb, qarşılığında nə dövlətin büdcəsinə bir manat köçüb, nə qəbz var, nə rüsum. Bunun ardınca O. Hacıyev Prezident İlham Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinə, Tovuz rayon Prokurorluğuna müraciət edib.

Vətəndaşın sözlərinə görə, onu prokurorluq çağırıb, baş müstəntiq şikayətini dinləyib.

Vətəndaş qəbuldan razı qaldığını açıqlayıb.

"Mübariz milyarder, zəngin adam ola bilər, amma insani keyfiyyəti heç vaxt müsbət ola bilməz."
"Mübariz milyarder, zəngin adam ola bilər, amma insani keyfiyyəti heç vaxt müsbət ola bilməz."
Kür və Araz çaylarında milyonlar hara axır? –
Kür və Araz çaylarında milyonlar hara axır? –
Ramana-Maştağa yolunu "yedilər" - Zaur Mikayılov 8 milyonu hara xərclədi? VİDEO+FOTOLAR
Ramana-Maştağa yolunu "yedilər" - Zaur Mikayılov 8 milyonu hara xərclədi? VİDEO+FOTOLAR
“Bazarstore” satılan bu makaronlarda təhlükəli maddə aşkarlanıb?
“Bazarstore” satılan bu makaronlarda təhlükəli maddə aşkarlanıb?
Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq iddiaları
Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq iddiaları
Binəqədi rayonunda növbəti qanunsuz tikinti-Videofakt
Binəqədi rayonunda növbəti qanunsuz tikinti-Videofakt
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO