Prokurorluq orqanları dövlətçilik maraqlarına, insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət edir
“Mən Azərbaycan Prokurorluğuna
inanıram, güvənirəm və arxalanıram.”
Heydər Əliyev,
Azərbaycan Respublikasının Ümummilli lideri
1 oktyabr -Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan prokurorluğunun yaranmasının 106-cı ildönümüdür.
Bu gün öz müasir tarixinin əlamətdar günlərindən birini yaşayan Azərbaycan Respublikası Prokurorluğunun kollektivi, o cümlədən, Beyləqan rayon Prokurorluğu, bütün prokurorluq işçiləri 1 oktyabr prokurorluq işçilərinin peşə bayramı günü və milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə peşə bayramının təsisçisi Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Beyləqan rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş nitqi ilə açan Beyləqan rayon prokuroru, baş ədliyyə müşaviri Ramazan Hadıyev prokurorluq orqanlarının yaranma tarixindən, ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışıb.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov prokurorluq işçilərini peşə bayramı günü münasibətilə təbrik edib, ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsinin əhəmiyyətindən danışaraq, bu qərarın hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət səviyyəsində qayğının ifadəsi və prokurorluğun roluna rəsmi münasibətin təzahürü olduğunu diqqətə çatdırıb.
Tədbirin sonunda Ramazan Hadıyevə və Rayon prokurorluğunun bir sıra əməkdaşlarına Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim edilib.
Biz də öz növbəmizdə bir daha Azərbaycan Respublikasının Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse prezidenti, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Bayram oğlu Əliyev başda olmaqla Beyləqan rayon Prokuroru, baş Ədliyyə müşaviri
Ramazan Hadıyevi və bütün prokurorluq işçilərini, veteranlarımızı peşə bayramı günü və prokurorluğun yaradılmasının 106-ci ildönümü münasibətilə təbrik edir, hər birinə həyatda və xidməti fəaliyyətində uğurlar diləyirəm.
Bir daha bayramınız mübarək.