kanal1

Qubadlı sakini müavinətinin kəsilməsindən narazıdır - ŞİKAYƏT

Tarix:27-09-2024, 12:28
Baxış Sayı:1


Qubadlı rayon sakini Həsənalıyev Sucəddin Bəhram oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi müavinətinin kəsilməsindən narazıdır:

“Mən, Həsənalıyev Sucəddin Bəhram oğlu, bildirirəm ki, cənab Prezidentimizin sərancaməna əsasən, oğlum Tacəddinə verilən məcburi köçkünlər üçün nəzərdə tutulan 60 manat aylıq müavinət kəsilib.

Oğlum 2022-ci ildə hərbi xidmətə yollandı. Həmin tarixdən ona verilən müavinət dayandırıldı.

2024-cü il yanvar ayının 25-də hərbi xidməti başa vurub, evə qayıtdı. Lakin dövlətimiz tərəfindən verilən müavinətlə təmin olunmadı”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Hurriyyet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məcburi köçkünlərə vahid aylıq müavinət verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən tənzimlənir. Qaydanın 2.2-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə vahid aylıq müavinətin verilməsi şamil edilmir.

Həsənalıyev Tacəddin Sücəddin oğlu da Cəlilabad rayonuna daimi qeydiyyata düşdüyü üçün (sonradan dəyişib) ona vahid aylıq müavinətin verilməsi şamil edilmir”.

Aynurə İSMAYIL
Hurriyyet.az

Rusiya və Ukrayna arasında növbəti hərbi əsir mübadiləsi baş tutub
Rusiya və Ukrayna arasında növbəti hərbi əsir mübadiləsi baş tutub
Suraxanı qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar -İLGİNC FAKTLAR
Suraxanı qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar -İLGİNC FAKTLAR
25 illik deputatı Məlahət İbrahimqızının "QHT biznesi" -sensasion ittihamlar
25 illik deputatı Məlahət İbrahimqızının "QHT biznesi" -sensasion ittihamlar
Sumqayıtda Torpaq Mənimsəməsi: Şəxsi Mülkiyyət Təhlükə Altındadır
Sumqayıtda Torpaq Mənimsəməsi: Şəxsi Mülkiyyət Təhlükə Altındadır
Dərya qarpızdan zəhərlənməyib - Rəsmi
Dərya qarpızdan zəhərlənməyib - Rəsmi
“İrşad”dan ŞİKAYƏT – “Satdıqları “İphone 15 Pro”nu təmir edir, nə də dəyişirlər”
“İrşad”dan ŞİKAYƏT – “Satdıqları “İphone 15 Pro”nu təmir edir, nə də dəyişirlər”
DTX-nın həbs etdiyi keçmiş icra başçısı barədə qərar verildi
DTX-nın həbs etdiyi keçmiş icra başçısı barədə qərar verildi
Məşğulluq Agentliyi özünə umac ova bilməyən “BİS CO” MMC-yə əriştə kəsdirir –Milyonlarla manata
Məşğulluq Agentliyi özünə umac ova bilməyən “BİS CO” MMC-yə əriştə kəsdirir –Milyonlarla manata