Tərixə nəzər yetirsək qadınlarımızın qəhrəmanlıq salnamələrinin şahidi olarıq. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin formalaşmasında, dövlətçiliyimizin inkişaf etdirilməsində, qorunması və qüdrətlənməsində qadınların müstəsna rolu olmuşdur. Böyük iradə sahibi olan qadınlarımız unikal zəkası, təkrarolunmaz qabiliyyəti və qətiyyəti ilə xalqımızın taleyüklü problemlərinin həllində xidmətlər göstərmişlər. Bir sözlə Azərbaycan qadını tarixin bütün dönəmlərində ona bəslənilən etimadı layiqincə doğrultmuşdur.
Dünya qadınları sırasında öz layiqli yerini tutmuş Azərbaycan qadınının cəmiyyətdə rolunun artırılmasına ilk dəyərli töhfə Ümummilli liderimiz Heydər Əliyev cənabları tərəfindən verilmişdir. Məhz onun böyük diqqət və qayğısı sayəsində qadınlarımız layiq olduqları qiyməti almışlar. Dahi Heydər Əliyev qadınların cəmiyyətdə rolunu və fəaliyyətini çox yüksək qiymətləndirərək deyirdi:
Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, bakirəlik mənbəyidir, ismət, qeyrət, “qüdrət rəmzidir”.
Bu gün Azərbaycan qadınlarının önündə onları hər zaman yeni nailiyyətlərə, parlaq qələbəyə ruhlandıran, öz gərgin fəaliyyəti və fədakar həyatı ilə hər birimizə örnək olan lider vardır. Və bu lider YUNESKO-nun xoşməramlı səfiri, “Heydər Əliyev Fondu” nun Prezidenti Mehriban xanım Əliyevadır.
Çoxşaxəli və məhsuldar fəaliyyəti nəticəsində Mehriban xanım Əliyeva Azərbaycan qadınını dünya ictimaiyyətinə tamamilə yeni və son dərəcə uğurlu bir simada tanıtmış, Azərbaycan xanımının beynəlxalq aləmdə müasir işgüzar imicini yarada bilmişdir.
Yer üzünün əşrəfi sayılan insan dünyaya gələn gündən ömür payına düşən acılı-şirinli anlar yaşayır. Bu yaşam qadınlarımızın qəlbinin hərarəti ilə sanki daha da gözəlləşir.
Bu gözəllik içində ömür sürənlərdən biri də olduqca sadə, mehriban,amma mənən zəngin bir xanım
Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin direktoru Məhin xanım Orucovadır.
Fəaliyyətə başladığı gündən hazırkı günə qədər insanlarla xoş ünsiyyət quran Məhin xanım məktəbdə fəaliyyət göstərən hər bir işçilərlə bərabər onu tanıyan hər kəsin hörmət və nüfuzunu qazanıb. İşində məsuliyyətli olan, hər zaman öhdəsinə düşən işləri layiqincə yerinə yetirən Məhin xanım öz iş funksiyasını dərindən bilən rəhbərlərdəndir, desəm, yanılmaram.
Məhin Orucova hər il Azərbaycan Respublikasının Ümummilli lideri dahi Heydər Əliyevin ildönümü ilə bağlı tədbir keçirir, xatirəsini hər zaman uca tutur.
Həmçinin, 24 dekabr tarixi, Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin doğum günü
Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbində
,məhz Məhin xanımın rəhbərliyi altında çox böyük sevgi və hörmətlə qeyd olunur.
Bir məktəb rəhbəri kimi öz işçi kollektivinin xeyir-şərində daima iştirak edir və əlindən gələn köməyini əsirgəmir. Elə bu əsəbəbdəndir ki, bu gün hər kəsin böyük inamını və sevgisini qazanıb.
Öz işini günün tələbləri səviyyəsində quran Məhin xanım Orucova
başda olmaqla bütün işçi kollektivinə Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanımızın yüksəlişi naminə çətin və məsuliyyət tələb edən fəaliyyətində daha böyük uğurlar arzulayır, yorulmayasız, deyirik.