kanal1

51 il iş stajlı müəllimin pensiyasının “monitorinqlə” azaldılması qanunsuzdur - BU FAKTDIR!

Tarix:Bu gün, 14:46
Baxış Sayı:0


"Bu günlərdə bir sıra media qurumlarında 51 il iş stajı olan müəllimin pensiyasının azaldılmasından informasiya yayılıb. Bu informasiyaya ƏƏSMN-in cavabı bir daha ölkədə qanunun , Konstitusiyanın yox, məmur özbaşınalığının ən yüksək qüvvədə olmasını ortaya qoyur..." Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Fikir verin, vətəndaşın pensiyasının “şəffaflıq monitorinqi ilə” (?) azaldıldığı bildirilir. Bəyəm sosial müdafiə, pensiya təminatı məmurlarının “monitorinq” qərarı qanundan üstündür? Əlbəttə, ritorik sualdır, Azərbaycanda ən yüksək hüquqi qüvvəyə malik olan qanun Konstitusiyadır və Konstitusiyanın 149-cu maddəsinə görə, qanunların tətbiqi və icrası vətəndaşlar, qanunvericilik , icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və
bələdiyyələr üçün məcburidir. Bəs pensiya təminatı sahəsində münasibətləri tənzimləyən “Əmək pensiyaları haqqında” qanun nə deyir?
“Əmək pensiyaları haqqında” 07.02.2006-cı il tarixli , 54-IIIQ saylı Qanunun 39.1 maddəsini “monitorinq” məmurlarının diqqətinə çatdırırıq: “... Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği ƏMƏK PENSİYAÇISININ RAZILIĞI İLƏ əmək pensiyasını təyin edən orqanın QƏRARI əsasında, RAZILIĞI OLMADIQDA
MƏHKƏMƏ QAYDASINDA tutulur”. Bəs niyə 51 il stajı olan müəllimin RAZILIĞI OLMADIĞI HALDA, pensiyası MƏHKƏMƏ QƏRARI OLMADAN azaldılıb? Bəyəm monitorinq qərarı məhkəmə qərarından üstündür? Vurğuladığımız kimi , yox! Bəs qanunun (düzgün) tətbiqinə, icrasına kim nəzarət edir? Ana Qanunun 133-cü maddəsinə görə, nəzarət funksiyası prokurorluq orqanlarının “monopoliyasındadır”.
Bəs niyə prokurorluq Konstitusiya ilə üzərinə qoyulan funksiyanı , görəvi icra etmir? Niyə ƏƏSMN-i “Əmək pensiyaları haqqında” qanunu düzgün tətbiq etməyə
məcbur etmir? Suallar çox, cavablar qanunsuz. Ya deyəcəklər mülki mübahisədir, məhkəməyə müraciət edilməlidir, ya da prokurorluğa aid deyil(?). Hər iki
cavabın qanunsuzluğunu Konstitusiya doğrulayır. Birincisi, məhkəməyə pensiyaçı yox, pensiyanı özbaşına kəsən qurum müraciət etməlidir;
ikincisi, prokurorluq mülki, inzibati, cinayət xarakterli olmasından asılı olmayaraq qanunun icrasını və tətbiqini təmin etməlidir.
Hesablama Palatasının, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin, Ombudsmanın, məhkəmənin və s. və i.a ...da özbaşınalıqda özəl payı az deyil. Hamı pensiyaçıların pensiyasından “qızıl” payını götürüb, susur. Susmaqsa qızıldır. Konstitusiyada yazılmasa da, “korrupsiya qaydası”nda qüvvədədir".

7 saylı Şəhər Poliklinikasında nə baş verir? - Həkim ölkə rəhbərliyindən kömək istəyir
7 saylı Şəhər Poliklinikasında nə baş verir? - Həkim ölkə rəhbərliyindən kömək istəyir
“Leo Bank”a güvənib Biləcəridən o yana da keçmək olmaz... - BU DA FAKT!!!
“Leo Bank”a güvənib Biləcəridən o yana da keçmək olmaz... - BU DA FAKT!!!
Konqresdə erməni isteriyası: Yalanların sayı yox - NƏ BAŞ VERİR?
Konqresdə erməni isteriyası: Yalanların sayı yox - NƏ BAŞ VERİR?
51 il iş stajlı müəllimin pensiyasının “monitorinqlə” azaldılması qanunsuzdur - BU FAKTDIR!
51 il iş stajlı müəllimin pensiyasının “monitorinqlə” azaldılması qanunsuzdur - BU FAKTDIR!
Səhiyyə Nazirliyi ”ağxalatlı qəssablar”a “niyə” göz yumur? - Süni gözəlliyin “ÖLÜM MƏBƏDİ”
Səhiyyə Nazirliyi ”ağxalatlı qəssablar”a “niyə” göz yumur? - Süni gözəlliyin “ÖLÜM MƏBƏDİ”
"Petek Dinçöz Bakıda 8 nəfərə konsert verib, 70 min aldı" - ETİRAZ
"Petek Dinçöz Bakıda 8 nəfərə konsert verib, 70 min aldı" - ETİRAZ
Sahil Babayevin nazirliyinin üç tenderinə icazə verilmədi - DETALLAR
Sahil Babayevin nazirliyinin üç tenderinə icazə verilmədi - DETALLAR
Zakir Quliyev də aranı BELƏ QARIŞDIRIR... - NARAZILIQ VAR...
Zakir Quliyev də aranı BELƏ QARIŞDIRIR... - NARAZILIQ VAR...